Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1304/2023 29.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati qaydada protokol tərtib etmiş Ağdam st. XPM-nin rəisi, polis kapitanı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Kəlbəcər şəhərində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Bərdə rayonu, Kələntərli qəsəbəsində yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş materiallarından görünür ki, Ağdam st. X4 daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 may 2023-cü il tarixdə 13 saylı Yevlax yol sahəsindən səhər saatlarında Bərdə dəmir yol stansiyasında olan, uzun illərdir istismar olunmayan, yararsız vəziyyətdə olan 31 nömrəli yoldəyişənin arxasındakı tutucu dalan yoldan 10 ədəd R-43 tipli rels yanlıqlarının və 10 ədəd R-43 tipli calaq boltları oğurlaması səbəbindən tərtib edilmişdir. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Ağdam st. XPM-nin rəisi, polis kapitanı X2 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol 05 may 2023-cü il tarixdə 13 saylı Yevlax yol sahəsindən səhər saatlarında Bərdə dəmir yol stansiyasında olan, uzun illərdir istismar olunmayan, yararsız vəziyyətdə olan 31 nömrəli yoldəyişənin arxasındakı tutucu dalan yoldan 10 ədəd R-43 tipli rels yanlıqlarının və 10 ədəd R-43 tipli calaq boltları oğurlaması səbəbindən tərtib edilmişdir. Vurulmuş ziyan ödənilmiş və barışıq əldə edilmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, səhv edib, əməlindən peşmandır, vurulmuş ziyanla bağlı ödənişləri etmişdir. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. İş materiallarında olan Yevlax st.xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunun baş müstəntiqi, polis kapitanı X3 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 22 iyul 2023-cü il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-24 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti XPŞ-nin İTQ-na verilməsi qərara alınmışdır. İş materiallarında olan Yevlax st.xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunun baş müstəntiqi, polis kapitanı X3 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 22 iyul 2023-cü il tarixli qərarından müəyyən olunur ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyun 2023-cü il tarixli 9/4524 saylı rəyində göstərilir ki, 10 ədəd R-43 tipli rels yanlıqlarının və 10 ədəd R-43 tipli calaq boltların ümumi dəyəri 2023-cü ilin may ayına 80 manat təşkil edir. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Beynalxalq Bankının 22 avqust 2023-cü il tarixli qəbzindən görünür ki, Şəxs zərərçəkmiş Azərbaycan Dəmir Yolları Açıq Səhmdar Cəmiyyətinə 80 manat məbləğində dəymiş ziyanı tam ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş Azərbaycan Dəmir Yolları Açıq Səhmdar Cəmiyyətinə 80 manat məbləğində dəymiş ziyanı tam ödədiyindən iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1304/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1304/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver