Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1306/2021 25.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Orxan Elşən oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs Nuriyeva Bahar Tahir qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, 15.03.1966-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə rayon Qaradağlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 23.06.2011-ci il tarixli və 02.06.2021-ci il tarixli icra sənədlərinə əsasən Şəxs Nuriyeva Bahar Tahir qızına 880 manat borcu qalmışdır. Borclu Şəxs oğluna həmin icra sənədləri üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, borclu Şəxs oğluna dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədlərinin icrasını tam təmin etməmişdir. Buna görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu ərizə təqdim edərək izahatında göstərdi ki, bu gün borcundan 400 manat ödəmişdir. Qalan borcunu da tez bir zamanda ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Nuriyeva Bahar Tahir qızı borcunu tam şəkildə tələb etdiyini bildirdi. Məhkəmə işdə iştirak dən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs oğlunun əməlində inzibati xəta tərkibi aradan qalxdığı üçün icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 23.06.2011-ci il tarixli və 02.06.2021-ci il tarixli icra sənədlərinə əsasən Şəxs Nuriyeva Bahar Tahir qızına 880 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 25.10.2021-ci il tarixli qəbzdən görünür ki, Şəxs oğlu Bərdə Rayon Məhkəməsinin 23.06.2011-ci il tarixli və 02.06.2021-ci il tarixli icra sənədləri üzrə Nuriyeva Bahar Tahir qızına 400 manat ödəniş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, borcu Şəxs oğlu icra sənədinin icrasından yayınmır. Buna görədə onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1306/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1306/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver