Məhkəmə qərarları › İş №3(021)-1308/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1308/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1308/2021 05.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon polis şöbəsinin MN ******* saylı, 12 oktyabr 2021-ci il tarixli qərarından və ******* sayli protokolundan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon polis şöbəsi tərəfindən MN ******* saylı, 12 oktyabr 2021-ci il tarixli qərar və ******* sayli protokolu ilə X3 barəsində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X4 həmin qərardan şikayət verərək, Bərdə rayon polis şöbəsinin MN ******* saylı, 12 oktyabr 2021-ci il tarixli qərarının və ******* saylı protokolunun ləğv olunmasını xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, 12.10.2021-ci il tarixdə Bərdə şəhərində Nüşabə küçəsində yas mərasimində olduğu zaman polis əməkdaşları qəflətən həyətə daxil olaraq ona və orda olan bir-neçə şəxsə inzibati protokol tərtib etmişlər. O, karantin qaydalarına uyğun olaraq məclisdə iştirak etmişdir. O, hesab edir ki, barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X4 izahatında bildirdi ki, 12.10.2021-ci il tarixdə Bərdə şəhərində Nüşabə küçəsində yas mərasimində olduğu zaman polis əməkdaşları qəflətən həyətə daxil olaraq ona və orda olan bir-neçə şəxsə inzibati protokol tərtib etmişlər. O, karantin qaydalarına uyğun olaraq məclisdə iştirak etmişdir. Barəsində yazılmış protokol əsasız olduğundan xitam verilməlidir. Bərdə rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Bərdə rayon Polis Şöbəsinnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Bərdə rayon polis şöbəsinin ******* saylı protokolundan və MN ******* saylı 12 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, X2 əməlində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X2 əməlində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Məhkəmə həmçinin qeyd edir ki, İXM protokoldan şikayət verilməsini nəzərdə tutmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, X5 oğlunun şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon polis şöbəsinin MN ******* saylı, 12 oktyabr 2021-ci il tarixli qərarından X2 verdiyi şikayət təmin edilməsin, MN ******* saylı, 12 oktyabr 2021-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar