Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1309/2021 05.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Şikayət vermiş şəxs X3 iştirakı ilə Bərdə rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərardan X2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bərdə rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərara əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. X4 məhkəməyə şikayət ərizəsi ilə nüraciət edərək Bərdə rayon Polis şöbəsi tərəfindən barəsində tərtib edilmiş 12.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında Qərarın və ona dair 12 oktyabr 2021-ci il tarixli 113305 saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, 12.10.2021-ci il tarixdə Bərdə rayonunda Nüşabə küçəsində yas mərasimində iştirak etmişdir. Yas mərasimində qarantin qaydalarına riayyət edərək iştirak etmişdir. Açıq havada qoyulmuş çay süfrsəində oturub çay içərkən Bərdə rayon Polis şöbəsinin əməkdaşları qəfildən həyətə daxil olaraq ona və daha bir neçə nəfərə inzibati qaydada cərimə yazmışlar. Səbəbini soruşduqda demişlər ki, cərimənin əsas səbəbi yas mərasimi təşkil etməsidir. Barəsində tərtib edilmiş 12.10.2021ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında qərarla Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat inzibati cərimə edilmişdir. Yas mərasimi açıq havada, qarantin qaydalarına uyğun şəkildə təşkil edilmişdir. Lakin Bərdə rayon Polis şöbəsinin əməkdaşı, barəsində inzibati protokol və Qərar tərtib edərkən onun tərəfindən heç bir pozuntuya yol verilmədiyi halda haqqında Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat inzibati cərimə yazıbdır. İnzibati qaydada barəsində tərtib olunmuş 12.10.2021-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında Qərar İnzibati xəta haqqında Qərar əsasında yazılmış 200 manat inzibati cərimə özlüyündə heç bir sübutlarla dəstəklənmir. Əksinə sözügedən Qərarda yazılmış cərimə məbləğinin qanunda əsasını təşkil edən "yas mərasimini təşkil etmək haqqında" statusuna sahib olmadığı üçün, protokol və ona dair Qərarın tamamilə ləğvi obeyktiv zərurətdir. Onun yas sahibi ilə münasibəti el adətinə uyğun olaraq ona baş sağlığı vermək və onun kədərinə şərilik nümayiş etdirməkdir. Bu bir insanlıq işidir, bu bir vicdan məsələsidir. Vəfat edən şəxs də koronadan vəfat etməmişdir. Bu səbəbdən ona polis əməkdaşı bunu da bəhanə edib deyə bilməzdi ki, sən niyə tutaq ki, koronodan vəfat etdiyini bildiyin şəxsin yas mərasimində iştirak edirsən. Bir daha vurğulayır ki, vəfat edən şəxs müasir dövrün bəlası olan koronodan vəfat etməyibdir. Həmçinin həmin yas mərasimində koronoya yoluxmuş adam da aşkar edilməmişdir. Barəsində verilmiş İXQ-ın məzmundan göründüyü kimi haqqında tərtib edilmiş Qərarda polis əməkdaşı "yas mərasimini təşkil etmə" yazıbdır. Halbu ki, xalqın milli mənəvi dəyərlərindən olan bir əməli yerinə yetirərək, yas mərasimində baş sağlığı üçün iştirak etmişdir. Burada onun tərəfindən "yas mərasimini təşkil etmə" inzibati xəta tərkibinin bütün digər əlmətlərini daşıyan əməlin törədilməsindən söhbət gedə bilməz. Qeyd olunan hüquq normasının tələblərini açıq şəkildə pozan Bərdə rayon Polis şöbəsinin əməkdaşları qərəzli olaraq tərtib etdiyi, tərəfindən mübahisəlnədirlən inzibati protokol və ona dair Qərarının hüquqi əsaslandrımaya dayanmayan tərtibi onu deməyə əsas verir ki, öz vəzifə borcunu yerinə yetirməkdən daha çox, polis hansısa şəkildə sanki onların qarşısına qoyulmuş cərimə planını doldurmağa gəlmişlər. Azərabycan Milli Məclisinin deputatı (qanunverici hakimiyyəti təmsil edən şəxs) Naqif Həmzəyev -afta.az-a verdiyi müsahibəsində bildirir ki, ölkədə yas mərasimlərinin təşkili ilə bağlı heç bir problem yoxdur. Çünki, faktiki olaraq digər qadağaların qüvvədə olduğu dövrdə belə yas mərasimi təşkil edilirdi: Onsuzda yas planlaşdırılmış tədbir deyil. Mərhumun nə zaman dünyasını dəyişəcəyi öncədən məlum deyil. Ona görə də ilkin mərhələdə icazə almadan 50 nəfərlə həmin mərasimi təşkil edirlər." ("ttps://hafta.az/yasmerasimlerinin-teskiline-qadaga-varmi-305022-xeber.html). Bu bir millət vəkilinin sözləridir, qanun qəbul edən orqanın nümayəndəsinin. Azərbaycanlı olaraq insani kimliklərindən irəli gələn şəkildə onları daim yaxını vəfat edən şəxsin dərdini bölüşməyi, yanında olmağı özlərinə mənəvi vəzifə, insanlıq üçün milli birliyin ən gözəl dəyər ifadəsi hesab etmişlər. Bu gün əsas olmadan, tutarlı səbəb olmadan, həyat və sağlamlıq üçün təhlükə olmadığı halda, atası vəfat etmiş şəxsə baş sağlığına getmək, onun kədərini bölüşmək kimi bir dəyəri hüquqa zidd əməl kimi sələmə vermək, gələcəkləri üçün milli dəyərlərinə qarşı təhlükəli tendesiya formalaşadlırmaqla yanaşı, həmçinin Cənab Prezidentimiz, Müzəffər Ali Baş X5 və Azərbaycan Respublikasının 1-ci vitse Prezident Mehriban xanım Əliyevanın bu illər ərzində milli mənəvi dəyərlərinin qorunması üçün gördükləri işlərə kölgə salmaqdır. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayəti müdafiə etməyərək, şikayəti özü imzalasa da şikayətin məzmunundan məlumatı yoxdur. Ona görə də şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 200 (iki yüz) manat məbləğində cərimə edilməsinə dair Bərdə rayon Polis şöbəsinin 12 oktyabr 2021-ci il tarixli MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Bu Məcəllənin 129.1-ci və 129.1.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət və ya protest verilir. İş materiallarından müəyyən edildi ki, X4 12 oktyabr 2021-ci il tarixdə Bərdə şəhərində yas mərasimi təşkil edərək karantin rejimi qaydalarını pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Göründüyü kimi, X2 12 oktyabr 2021-ci il tarixdə Bərdə şəhərində yas mərasimi təşkil edərək karantin rejimi qaydalarını pozması halı öz təsdiqini tapdığından, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək ona 200 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X4 12 oktyabr 2021-ci il tarixdə inzibati xəta törətməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar olaraq qanunvericiliyin tələbləri pozulmadığından, X2 şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 436.1, 436.1.1 və 436.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında, şikayətin və ya protestin təmin edilməməsi haqqında qərar qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 430, 431, 432 və 436-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Bərdə rayon Polis şöbəsinin 12 oktyabr 2021-ci il tarixdə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında Bərdə rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş 12.10.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1309/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1309/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver