Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1309/2023 29.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx xxxx 1991-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, Bərdə şəhəri Bahadur Hacıyev küçəsi ev 2-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Goranboy Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(045)-1398/2021 saylı icra sənədi üzrə borclu Şəxs 4150 manat aliment borcu yaranmışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, Goranboy Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən hər ay iki uşağın saxlanılması üçün X6 220 manat aliment ödəməlidir. Maddi vəziyyəti ilə əlaqədar olaraq aliment borcunu vaxtında ödəyə bilməmiş, 4150 manat məbləğində aliment borcu yaranmışdır. Hər ay aliment borcunu və əlavə olaraq köhnə borca görə 50 manat ödəyə bilər. Maddi vəziyyəti ağırdır, aliment borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. 29 avqust 2023-cü il tarixdə saat 1600 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 göstərdi ki, Goranboy Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay iki uşağın saxlanılması üçün 220 manat məbləğində aliment alınaraq X6 verilməlidir. Şəxs məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini icra etməmiş, hazırda 4150 manat məbləğində aliment borcu yaranmışdır. Tərəfindən aliment borcunun ödənilməsi tələb edilsə də heç bir nəticəsi olmamış, Şəxs qətnamənin icrasından boyun qaçırmışdır. Şəxs 29 avqust 2023-cü il tarixdə saat 1600 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(045)-1398/2021 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, Şəxs ilə X8 arasında xx.xx.2017ci il tarixdə bağlanmış və Bərdə ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində qeyd edilmiş nikahın pozulması, boşandıqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 anaları X5 himayəsində saxlanılmalarının müəyyən edilməsi, Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 ötrü hər biri üçün 110 manat olmaqla, ümumilikdə 220 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi, Şəxs dövlət rüsumu hesabına 30 manat tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 29 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, Goranboy Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(045)-1398/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə tələbkar Lalə Əliyevaya 220 manat miqdarında aliment ödəməli olduğu halda, borcunu tam olaraq ödəməmiş və nəticədə 4150 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 3(021)-617/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, Əliyev X9 Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(045)- 1398/2021 saylı icra vərəqəsinin icrasından boyun qaçırdığına görə 04 may 2022-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq islah olunmamış, bundan sonra da icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə davam edərək qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yenidən boyun qaçırmışdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialından görünür ki, Şəxs 29 avqust 2023-cü ildə saat 1600-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 29 avqust 2023-cü il tarixdən saat 1600-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 29 avqust 2023-cü il tarixdən saat 1600-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-1309/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1309/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver