Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1310/2021 05.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon polis şöbəsinin MN ******* saylı, 10.10.2021-ci il tarixli qərarından və ******* sayli protokolundan X5 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon polis şöbəsi tərəfindən MN ******* saylı, 10.10.2021-ci il tarixli qərar və ******* sayli protokolu ilə X5 oğlu barəsində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X5 oğlu həmin qərardan şikayət verərək, Bərdə rayon polis şöbəsinin MN ******* saylı, 10.10.2021-ci il tarixli qərarının və ******* saylı protokolunun ləğv olunmasını xahiş etmişdir. X5 oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 10.10.2021-ci il tarixdə Bərdə şəhəri, Nüşabə küçəsində yas mərasimində olduğu zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları qəflətən həyətə daxil olaraq ona və bir–neçə şəxsə protokol tərtib edərək bildirmişlər ki, biz gyas mərasimi təşkil etdiyimiz üçün barəmizdə protokol tərtib edirlər. Yas mərasimində iştirak etdiyim mərhum karonadan vəfat etməmiş xəstəlik nəticəsində vəfat etmişdir. O, hesab edir ki, barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. X5 oğlu məhkəmyə ərizə göndərərək şikayəti müdafiə etdiyini və iştirakı olmadan baxılmasını və inzibati protokolun ləğv edilməsini xahiş etmişdir. Bərdə rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Bərdə rayon Polis Şöbəsinnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X4 oğlunun əməlində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Məhkəmə həmçinin qeyd edir ki, İXM protokoldan şikayət verilməsini nəzərdə tutmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, X4 oğlunun şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidmətinin MN ******* saylı, 10.10.2021-ci il tarixli qərarından X5 oğlunun verdiyi şikayət təmin edilməsin, MN ******* saylı, 10.10.2021-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1310/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1310/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver