Məhkəmə qərarları › İş №3(021)-1311/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1311/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1311/2021 10.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Bərdə Rayon Polis Şöbəsinin MN № ******* nömrəli, 12.10.2021-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərardan şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 məhkəməyə şikayət verərək, Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Əflatun Məmmədov tərəfindən qəbul edilmiş MN № ******* nömrəli, 12.10.2021-ci il tarixli qərarının ləğvinə dair məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12.10.2021-cil tarixdə Bərdə rayonunda Nüşəbə küçəsində yas mərasimində karantin qaydalarına riayyət edərək iştirak etmişdir. Açıq havada qoyulmuş çay süfrəsində oturub çay içərkan Bərdə r\n polis şöbəsinin əməkdaşları qəfildən həyətə daxil olaraq ona və daha bir neçə nəfərə inzibati qaydada cərimə yazmışlar. O səbəbini soruşdquda polislər demişlər ki, cərimənin əsas səbəbi yas mərasimi təşkil etməyidir. Barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə 12.10.2021 tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasında da 12.10.2021 tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 200 manat məbləğində inzibati cərimə yazılmışdır.İnzibati qaydada barəsində tərtib olunmuş 12.10.2021 tarixli, MN ******* saylı inzibati xata haqqında qərar inzibati xəta haqqında qarar əsasında yazılmış 200 manat inzibati cərimə özlüyündə heç bir sübutlarla dəstəklənmir. Əksinə sözügedən qərarda yazılmış cərimə məbləğinin qanunda əsasını təşkil edən "yas mərasimini təşkil etmək haqqında" statusuna sahib olmadığı üçün, protokol va ona dair qararın tamamı ilə ləğvi obeyktiv zərurətdir. Onun yas sahibi ilə münasibəti el adətina uyğun olaraq ona baş sağlığı vermək, onun kədərinə şərilik nümayiş etdirməkdir. Bu bir insanlıq işidir, bu bir vicdan məsələsidir. Vəfat edən şəxs də koronadan vəfat etməmişdir. Bu sabəbdən ona polis əməkdaşı bunu da bəhanə edib deyə bilməzdi ki, sən niyə tutaq ki, koronodan vəfat etdiyini bildiyin şəxsin yas mərasimində iştirak edirsən. Bir daha vurğulayır ki, vəfat edən şəxs müasir dövrün bəlası olan koronadan vəfat etməmişdir. Həmçinin hamin yas mərasimində koronoya yoluxmuş adam da aşkar edilməmişdir.Barəsində verilmiş İXQ-in məzmundan göründüyü kimi haqqında tərtib edilmiş Qərarda polis əməkdaşı "yas mərasimini təşkil etmə" yazıbdır. Halbu ki, o xalqımızın milli mənəvi dəyərlərindən olan bir əməli yeirnə yetirərək, yas mərasimində baş sağlığı üçün iştirak etmişdir. Burada onun tərəfindən "yas mərasimini təşkil etmə" inzibati xəta tərkibinin bütün digər əlmətlərini daşıyan əməlin törədilməsindən söhbət gedə bilməz.Qeyd olunan hüquq normasının tələblərini açıq şəkildə pozan Bərdə r\n Polis şöbəsinin amakdaşları qərəzli olaraq tərtib etdiyi, tərəfindən mübahisəlnədirlən inzibati protkol ona dair Qararının hüquqi əsaslandrımaya dayanmayan tərtibi ona onu deməyə əsas verir ki, vəzifə borunu yerinə yetirməkdən daha çox, polis hansısa şəkildə sanki onların qarşısına qoyulmuş carimə planını doldurmağa gəlmişlər. Yuxarıda qeyd edilənləri, İXM-nin 40-cı və 43.1-ci maddələrinə əsasən Bərdə Rayon Polis Şöbəsi tərəfndən barəsində tərtib edilmiş 12.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında Qərarın və ona dair 12.10.2021-ci il tarixli, MN № 113304 saylı Protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bərdə Rayon Polis Şöbəsinə və şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Əflatun Məmmədov tərəfindən X3 barəsində tərtib etdiyi qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bərdə Rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA1609039 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 07.05.1995-ci ildə doğulmuşdur. Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X10 12.10.2021-ci il tarixdə tərtib etdiyi, 12.10.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 12.10.2021-ci il tarixdə, Bərdə şəhəri, Nüşabə küç. saat 12 radələrində yas mərasimi təşkil edərək karantin rejim qaydalarını pozmuşdur. Bərdə Rayon Polis Şöbəsinin Xidmət Üzrə müavini X7 tərəfindən qəbul edilmiş 12.10.2021-ci il tarixli, № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə olmunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bərdə Rayon Polis Şöbəsinin rəis müavinin 12.10.2021-ci il tarixli, № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə olmunmuşdur. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 məhkəməyə şikayət verərək, Bərdə Rayon Polis Şöbəsinin 12.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında Qərarın və ona dair 12.10.2021-ci il tarixli, MN № 113304 saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Bərdə Rayon Polis Şöbəsinin rəis müavinin 12.10.2021-ci il tarixli, № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X3 yas mərasimi təşkil edərək karantin rejimini pozduğu göstərilsə də iş materiallarında şikayətçinin yas mərasiminin təşkilatçısı olması ilə bağlı mötəbər sübut əlavə edilməmişdir. Eyni zamanda qərarı qəbul etmiş orqanın nümayəndəsi də məhkəməyə heç bir sübut təqdim etməmişdir. X2 Rayon Polis Şöbəsinin 12.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında Qərar əsasında inzibati məsuliyyətə cəlb edildiyindən 12.10.2021-ci il tarixli, MN № 113304 saylı protokolun ləğv edilməsinə heç bir ehtiyac yoxdur. İXM-in 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İXM-in 135-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Göründüyü kimi, X3 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X3 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki şikayət qismən təmin edilməli, Bərdə Rayon Polis Şöbəsinin 12.10.2021-ci il tarixli, № MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X6 barəsində İXM-in 211.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş yenidən baxılması üçün Bərdə Rayon Polis Şöbəsinə göndərilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 135 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət qismən təmin edilsin. Bərdə Rayon Polis X1 barəsində inzibati tənbeh vermə haqqında 12.10.2021-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bərdə Rayon Polis Şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar