Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1314/2022 21.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X4 və şikayətçi X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X11 X12 İXP ******* saylı 14 avqust 2022-ci il tarixli protokolundan və Goranboy rayon Polis Şöbəsinin DYP bölməsinin TP ******* saylı 23 sentyabr 2022-ci il tarixli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon X11 X13 tərəfindən TP ******* saylı 23 sentyabr 2022-ci il tarixli qərar ilə X5 barəsində İXM-nin 327.1 və 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X5 şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X11 X12 İXP ******* saylı 14 avqust 2022-ci il tarixli protokolunun və Goranboy rayon X11 X13 TP ******* saylı 23 sentyabr 2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, 14 sentyabr 2022-ci il tarixdə, saat 16:20 radələrində etibarnamə əsasında idarə etdiyi qardaşı Nizami Əhliman oğluna məxsus BMW 528 Xİ minik markalı, ** OJ *** dövlət nömrə nişanlı avtomobillə Bərdə şəhərində Təzə bazarla Bakı küçəsinin kəsişməsində sol istiqamətdə hərəkətdə olan zaman (bazardan çıxıb sol istiqamətə dönüb gedən zaman) heç bir qayda pozuntusu etmədiyi halda Bərdə rayon X11 yol patrul xidməti avtomobili ona saxla işarəsi vermişdir. O, da avtomobili yolun kənarında dayandırmışdır. DYP-nin inspektoru ona yaxınlaşaraq özünü təqdim edib Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrinin tələbini pozduğunu bildirmişdirlər. O, inspektora yolu göstərərək hər hansı bir yol nişanının və xətlərinin olmadığını, heç bir qayda pozuntusu etmədiyini bildirsə də ona əhəmiyyət verməyib barəsində protokol tərtib etmişdirlər. O, həmin protokolu imzalamaqdan imtina etmişdir. Barəsində yazılmış protokolu imza etməkdən imtina etdiyinə görə potokol qərara qəbul edilməsi üçün Goranboy RPŞ-nə göndərilmişdir. Odur ki, barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o bazardan çıxanda çıxışda yol nişanı olmamışdır. Ona görə də çıxışda sağa yox, sol istiqamətində hərəkətini davam etdirmişdir. Həmçinin yerdə bütün xətt çəkilməmişdir. Odur ki, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti isnpektoru X7 protokolu müdafiə edərək göstərdi ki, əvvəla hadisə xx.xx.2022-ci il tarixdə yox, xx.xx.2022-ci il tarixdə baş vermişdir. Bərdə şəhərində Təzə bazarla Bakı küçəsinin kəsişməsində X3 idarə etdiyi BMW 528 Xİ minik markalı, ** OJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yol hərəkət qaydalarını pozduğuna görə saxlanılmış və saxlanilma səbəbləri izah edilmişdir. X1 barəsində İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Həmçinin məhkəməyə fotoşəkillər təqdim edərək bildirdi ki, həmin yolda uzun illərdir ki, yol nişanı və yolda bütöv xətt vardır. Həmin işarələri görməmək mümkü deyil. Şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, şikayətçi X5 təzə bazar adlanan bazardan çıxarkən hərəkətini sağa yox, digər avtomobillərin hərəkət istiqaməti olan sol istiqamətə çıxmışdır. Bu halı hər iki tərəf etiraf edir.Lakin Y.Abdullayev sol istiqamətə çıxışın qadağan etmə işarəsinin olmamasını əsas gətirərək şikayət verib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidmətinin İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokolundan və Goranboy Rayon Polis Şöbəsinin TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 əməlində İXM-nin 327.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İşə əlavə edilmiş AZE 16112273 saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1991-ci ildə Kəlbəcər rayonu Təkdam kəndində doğulmuş, Kəlbəcər rayonu Təkdam kəndində yaşayır. Məhkəmə, X3 təqdim etdiyi foto şəkilərə münasibədə qeyd edir ki, həmin foto şəkillər Bərdə şəhərində Təzə bazardan olan çıxışı əks etdirmir. Çünki, həmin ərazi həm məhkəməyə bəlli olan haldır, həm də Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X4 təqdim etdiyi foto şəkillərlə təkzib olunan haldır. Məhkəmə qeyd edir ki, X2 Rayon Polis Şöbəsinin TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X3 şikayəti təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, protokoldan şikayət qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, protokola baxışa münasibətdə məhkəmə predmeti deyil. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Goranboy rayon Polis Şöbəsinin DYP bölməsinin TP ******* saylı 23 sentyabr 2022-ci il tarixli qərarından X3 verdiyi şikayət təmin edilməsin, TP ******* saylı 23 sentyabr 2022-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1314/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1314/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver