Məhkəmə qərarları › İş №3(021)-1315/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1315/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1315/2022 11.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Bərdə rayonunda doğulmuş, evli, ali təhsilli, Bərdə rayonu Zümürxan kənd orta məktəbində müəllim işləyən, Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 590.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X2 yaşadığı evdə vəfat etmiş atasından qalan “Tula” markalı, 16 kalibirli qoşa lülə 12374-64 ov tüfəngini qeydiyyatsız saxlamışdır. Bərdə rayon Polis şöbəsində 11 oktyabr 2022-ci il tarixdə İXM-in 590.2-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında MN № ******* saylı prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X8 verdiyi izahatında göstərdi ki, X2 yaşadığı evdə vəfat etmiş atasından qalan “Tula” markalı, 16 kalibirli qoşa lülə 12374-64 ov tüfəngini qeydiyyatsız saxlamışdır. Bununla bağlı araşdırma aparılmış, Bərdə rayon X7 Bölməsinin təhqiqatçısı polis kapitanı X3 qərarına əsasən X1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bununla da X1 əməlində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsinin tərkib əlamətləri olduğundan toplanmış inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. X2 barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törədən X2 izahatında göstərmişdir ki, atası 1941- 1945 illər müharibə veteranı olmuşdur. Həmin tüfəng atasından qalmışdır. Törətdiyi əməldə özünü təqsirli bilir. Məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş materiallarında olan Bərdə rayon X7 Bölməsinin təhqiqatçısı, polis kapitanı X3 29 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X1 barəsində 2853 sayla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bərdə rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X8 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli protokolda göstərilmişdir ki, X2 yaşadığı evdə vəfat etmiş atasında qalan “Tula” markalı, 16 kalibirli qoşa lülə 12374-64 ov tüfəngini qeydiyyatsız saxlamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış inzibati xəta haqqında material və mötəbər sübutlar ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 590.2.ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İXM-in 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş X1 əməlindən peşimançılıq hissi keçirməsini onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır, məhkəmə tərəfindən hazırki inzibati xəta haqqında iş üzrə inzibati xəta törədən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, məhkəmə inzibati xəta törətmiş X1 şəxsiyyətini və törətdiyi əməli nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ov silahı müsadirə edilməklə 80 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş X2 Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib bаrəsində “Tula” markalı, 16 kalibirli qoşa lülə 12374-64 ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə Rayon Polis Şöbəsinə və Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar