Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1315/2025 16.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X7 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 məhkəməyə şikayət verərək barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, X7 barəsində qəbul edilmiş qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermə müddətini buraxmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X7 qərarı nə vaxt əldə etməsi və qərardan şikayət vermə müddətini buraxmasının üzrlü səbəbləri barədə şikayət ərizəsinə sübut əlavə etməmiş və şikayət müddətini ötürməsi ilə bağlı məhkəməyə buraxılmış prosessual müddətinə bərpasına dair vəsatət (ərizə) təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərardan şikayət vermə müddəti şikayət verən şəxs X7 tərəfindən üzürsüz səbəblərdən buraxılmış və buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Həmçinin, şəxsin qərarı nə vaxt əldə etməsinə dair sübut da iş materialına əlavə edilməmişdir. Qeyd edilənləri və İnzibati Xətalar Məcəlləsi 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər ona geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə şikayət verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1315/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1315/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver