Məhkəmə qərarları › İş №3(021)-1316/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1316/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1316/2021 11.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN № ******* saylı, 27.09.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN № ******* saylı, 27.09.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə X6 İXM-in 469.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X6 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN № ******* saylı, 27.09.2021-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, X9 Xidmətinin baş əmək müfəttişi X8 tərəfindən 15 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və X9 Xidmətinin 27 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Xatalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə edilmişdir.X9 Xidmətinin 27 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tanbeh vermə haqqında qərarı qanunsuz və asassızdır.Ona gorə ki, X6 barəsində protokol tərtib edilərək onun ünvanına göndərilsə də, həmin protokol əsasında inzibati xəta haqqında işə baxılması yeri və vaxtı barədə ona məlumat verilməmiş, bu barəde bildiriş göndərilməmiş, onun tərəfindən törədildiyi iddia edilən inzibati xəta barəsində izahat verməsinə, iş materialları ilə tanış olmasına, etirazlar va sübutlar təqdim etməsinə, müdafiaçinin hüquqi yardımından istifadə etməsinə şərait yaradılmamış va beləliklə inzibati xəta haqqında icraat onun hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Qanunvericilikdə isə barəsində inzibati iş üzrə icraat aparılan şəxsə işə baxılması vaxtı və yeri barədə məlumat vermədən onun barəsində inzibati tənbeh tatbiq etmə haqqında qəranın qəbul edilməsinin yolverilməzliyi müəyyən edilmişdir.Göründüyü kimi işə baxılmasının yeri va vaxtı barəsində X4 məlumat verilmədiyindən o, inzibati xətanın nədən ibarət olması, onun harada, hansı tarixdə törədilməsi və bunu təsdiq edən dəlillər haqqında melumatsız olmuşdur.Bundan başqa na inzibati xəta haqqında protokolda, nə də ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarda inzibati xətanın törədildiyi yer göstərilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları, habelə qanunvericiliyin tələblərini rəhbər tutaraq X9 Xidmətinin 27 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tanbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X3 vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, şikayətə iştirakı olmadan baxılması və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat verilməsinə baxmayaraq Xidmət məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsasız olduğundan təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE 17976060 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 07.08.1990-cı ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, N.A.Quliyev küçəsi ev 2-də qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəis müavini Orxan Hüseynzadənin inzibati tənbeh vermə haqqında 27 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, 15.09.2021-ci il tarixli, MN № ******* saylı protokolla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyinə görə X3 barəsində İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqıda protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəis müavini Orxan Hüseynzadənin inzibati tənbeh vermə haqqında 27 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, 10 (on) işçinin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta AR Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş X6 tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığına görə X6 fiziki şəxs kimi İXM-nin 469.2-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 (ünvan: Bərdə ş. N.A.Quliyev küçəsi ev 2) ünvanlanmış 15.09.2021-ci il tarixli, № **********4 nömrəli məktubundan görünür ki, 15.09.2021-ci il tarixdə O.R.Quluzadənin barəsində İXM-nin 469.2-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 (ünvan: Bərdə ş. N.A.Quliyev küçəsi ev 2) 29.09.2021-ci il tarixli, № **********0 nömrəli məktubundan görünür ki, 27.09.2021-ci il tarixdə O.R.Quluzadənin barəsində İXM-nin 469.2-ci maddəsi ilə ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. SS674469279AZ nömrəli poçt göndərişlərinin izlənməsi vərəqəsinin surətindən görünür ki, Orxan Quluzadəyə göndərilən poçt 12.10.2021-ci il tarixdə çatdırılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati xəta haqqında 15.09.2021-ci il tarixli, MN № ******* saylı protokolu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəis müavini Orxan Hüseynzadənin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 27.09.2021-ci tarixli qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X6 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 27.09.2021-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İXM-in 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, 10 (on) işçinin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta AR Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş X6 tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır.Beləliklə O.R.Quluzadə İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə AR Qanununa əsasən X6 10 (on) işçinin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirərək müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilsədə bunu etməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X6 10 (on) işçinin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirərək müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilsədə bunu etməməklə İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyindən barəsində 1500 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Belə olan halda X3 təqsirsiz olması barədə fikirlər əsassızdır. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN № ******* saylı, 27.09.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar