Məhkəmə qərarları › İş №3(021)-132/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-132/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-132/2021 29.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Bərdə RPŞ-nin sahə rəisi polis leytenantı X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X5 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bərdə rayon H.Əliyev prospekti 155 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 29.01.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22.12.2020-ci il tarixdə Bərdə şəhər H.Əliyev prospekti bina 155-də yaşayan X6 məxsus “Samsung J2” markalı mobil telefonu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 22.01.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20.12.2020-ci il tarixdə Bərdə şəhər H.Əliyev prospekti bina 155-də yaşayan X6 məxsus 1 ədəd sırğa və 40 manat pulu oğurlamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin sahə rəisi polis leytenantı X2 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 22.12.2020-ci il tarixdə Bərdə şəhər H.Əliyev prospekti bina 155-də yaşayan X6 məxsus “Samsung J2” markalı mobil telefonu, 20.12.2020-ci il tarixdə 1 ədəd sırğa və 40 manat pulu oğurladığına görə onun barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmədən inzibati xəta törətmiş şəxs barədə qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 22.12.2020-ci il tarixdə Bərdə şəhər H.Əliyev prospekti bina 155-də yaşayan X6 məxsus “Samsung J2” markalı mobil telefonu, 20.12.2020-ci il tarixdə 1 ədəd sırğa və 40 manat pulu oğurlamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X8 məhkəmədən Şəxs ikinci qrup əlil olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında bildirdi ki, Şəxs onun qonşusudur. Oğurlandığı əşyaları geri qaytarılmışdır. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 01.01.2021-ci i il tarixli qərarlardan görünür ki, materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokollar, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İşdə olan materiallardan görünür ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Həmin Məcəlləsinin 28.4-cü maddəsinə ictimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 28.4.1-ci maddəyə əsasən birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara Həmçinin İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs İİ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, İİ qrup əlil olmasını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs qızı İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar