Məhkəmə qərarları › İş №3(021)-132/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-132/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-132/2024 06.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X10 23 fevral 2023-cü il tarixli 01400/01462 saylı qərarından X7 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X10 23 fevral 2023-cü il tarixli 01400/01462 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X13 tərəfindən qəbul edilmiş 23 fevral 2023-cü il tarixli, 01400/01462 (EP 0082018) nömrəli qərarla X7 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 5338.03 ABŞ dolları (9074,65 manat) məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 4537,33 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Səlahiyyətli orqanın vəzifəli şəxsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********0167 saylı 10 fevral 2022-ci il tarixli və **********1472 saylı 15 fevral 2022-ci il tarixli gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 5338,03 ABŞ dolları (9074,65 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(021)-1143/2023 saylı qərarı ilə barəsində inzibati icraat aparılan X7 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X10 23 fevral 2023-cü il tarixli 01400/01462 saylı qərarının ləğv edilməsi, X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi (keçmiş Şimal Ərazi Baş Gömrük İdarəsi) apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(021)- 1143/2023 saylı qərarının ləğv edilməsi və Şimal Ərazi Baş Gömrük İdarəsinin 23 fevral 2023-cü il tarixli, 01400/01462 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)492/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, X4 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 23 fevral 2023-cü il tarixli, 01400/01462 saylı qərarının ləğv edilməsi və X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(021)-1143/2023 saylı qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(021)-1143/2023 saylı qərarı ilə X4 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X10 23 fevral 2023-cü il tarixli 01400/01462 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi (keçmiş Şimal Ərazi Baş Gömrük İdarəsi) apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(021)- 1143/2023 saylı qərarının ləğv edilməsi və Şimal Ərazi Baş Gömrük İdarəsinin 23 fevral 2023-cü il tarixli, 01400/01462 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-723/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 3(021)-1143/2023 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayətçi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə tərəflərin iştirakının təmin edilməsi və sübutlarının məhkəməyə təqdim edilməsi məqsədilə 2 dəfə məhkəmə baxış iclası keçirilmiş, əvvəlki məhkəmə iclasında X7 iştirak edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmiş, lakin sonuncu məhkəmə iclasında tərəflər iştirak etməmiş və iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı dəlil təqdim etməmişlər, belə olan təqdirdə məhkəmə şikayətçi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X10 23 fevral 2023-cü il tarixli 01400/01462 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətçi X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X10 23 fevral 2023-cü il tarixli 01400/01462 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Xaçmaz Gömrük İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Bərdə filialının müdiri Qayıbov M.S. tərəfindən X6 verilməklə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 10 fevral 2022-ci ildə Rusiya Federasiyasına ixrac etdiyi gömrük dəyəri 13365 ABŞ dolları olan **********0167 saylı X12 üzrə vəsait xx.xx.2022-ci ildə tam şəkildə (13365 ABŞ dolları) onun adına olan AZ97BRES41050US**********002 saylı hesabına daxil olmuşdur. Ukrayna dövlətinə isə xx.xx.2022-ci ildə gömrük dəyəri 5010 ABŞ dolları olan **********1472 saylı X12 üzrə vəsait xx.xx.2022-ci ildə 4550 ABŞ dolları və xx.xx.2022-ci ildə isə 460 ABŞ dolları onun adına olan AZ97BRES41050US**********002 saylı hesabına daxil olmuşdur. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Xaçmaz Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X11 rayon Məhkəməsinin 3(021)-1143/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətinə əlavə edilmiş konsiqnasiya əməliyyatları üzrə hesabatda isə gömrük orqanına bəyanı üzrə X4 "xxxx" MMC-yə xx.xx.2022-ci ildə 5250.0 ABŞ dolları məbləğində mal ixrac etdiyi və həmin vəaitin tam şəkildə ödənildiyi, "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 13365.0 ABŞ dolları məbləğində mal ixrac etdiyi və ondan hazırki vaxtda 13036.97 ABŞ dolları məbləği ödənildiyi, 328.03 ABŞ dolları məbləğində isə qalıq qaldığı, "xxxx" MMC-yə isə xx.xx.2022-ci ildə isə 5010.0 ABŞ dolları məbləğində mal ixrac edildiyi və həmin məbləğin ödənilməmiş olaraq 5010.0 ABŞ dolları qalıq qaldığı qeyd edilmişdir. Məhkəmə işdə olan sənədləri qarşılıqlı əlaqədə və müqayisəli təhlil edərək bu qənaətə gəlir ki, gömrük orqanının konsiqnasiya hesabatına əsasən **********0167 saylı X12 üzrə vəsaitdən 328,03 ABŞ dolları ödənilməmiş qalıq qaldığı qeyd edilsə də bankın məktubuna əsasən **********0167 saylı X12 üzrə vəsait xx.xx.2022-ci ildə tam şəkildə (13365 ABŞ dolları) hesaba daxil olduğundan məhkəmə bu ziddiyyəti şikayət verən şəxsin xeyrinə təfsir edərək qeyd edir ki, bankın məktubuna əsasən **********0167 saylı X12 üzrə ixrac edilmiş malın dəyəri olan 13365.0 ABŞ dolları vəsait xx.xx.2022-ci ildə, yəni malın ixrac edildiyi xx.xx.2022-ci il tarixdən 180 gün ərzində tam şəkildə həyata keçirildiyindən həmin bəyannamə üzrə İXM-in 483-cü maddəsinin tərkib əlamətləri yoxdur və ya aşkar edilmir. Bankın məktubuna əsasən digər məsələ, yəni **********1472 saylı X12 üzrə xx.xx.2022-ci ildə 5010 ABŞ dolları məbləğində ixrac edilmiş malın gömrük dəyəri olan vəsaitin 4550 ABŞ dolları xx.xx.2022-ci ildə, yəni malın ixrac edildiyi tarixdən 180 gün ərzində həyata keçirilmiş, qalan qalıq məbləğ olan 460 ABŞ dolları isə xx.xx.2022-ci ildə, yəni 180 günlük müddət keçdikdən (ötürüldükdən) sonra AZ97BRES41050US**********002 saylı bank hesabına ödənilmişdir. Göründüyü kimi yalnız 460 ABŞ dolları məbləğində vəsait 180 günlük müddəti keçdikdən sonra hesaba qaytarılmışdır (ödənilmişdir) ki, belə olan halda X7 inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin, yəni 460 ABŞ dolları vəsaitin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməlidir. Lakin, İXM-in 483-cü maddəsi ilə şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək və inzibati tənbeh tətbiq etmək səlahiyyəti gömrük orqanlarına məxsusdur. Məhz gömrük orqanı bu haqda inzibati araşdırma apararaq şəxsin inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edə bilər ki, hansı həddə və məbləğdə cərimə edilməsi də inzibati tənbeh tətbiq edən səlahiyyətli orqanın hüququ olmaqla onun səlahiyyət dairəsinə məxsusdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 483-cü maddəsində xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, ““Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxalixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, o cümlədən Qaydalarla tənzimlənir. Qeyd edilməlidir ki, ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı bir neçə dəyişiklik edilmişdir. Belə ki, 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır. Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Müraciətdə qaldırılan məsələlərdən biri xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxslər arasında əməliyyatlar konsiqnasiya ilə deyil, digər hesablaşma üsulu ilə həyata keçirildiyi zaman müqavilə üzrə alıcı tərəfindən təhvil alınan malların dəyərinin məhz 180 gün ərzində qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, beynəlxalq təcrübədə müəssisə və təşkilatlar ixrac əməliyyatlarını ölkədə istehsal və emal edilmiş malların ixracı, təkrar ixrac, müvəqqəti ixrac, kreditə ixrac, barter və digər əməliyyatlar formasında həyata keçirirlər. Əməliyyatın formasından asılı olmayaraq malın dəyərinin ödənilməsi əvvəlcədən ödəmə, akkreditiv, konsiqnasiya formasında, malın dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi isə ixracdan sonra ödənilməklə, bank zəmanəti və s. qarşılıqlı hesablaşma üsulu ilə həyata keçirilə bilər. Beləliklə, Qaydaların 12.2-ci bəndində ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin 180 gün ərzində ixracatçıya ödənilməsi yalnız konsiqnasiya ilə ixrac edilən mallara münasibətdə nəzərdə tutulsa da, “Valyuta tənzimi haqqında” Qanun bu müddəti ümumi qaydada ixracın bütün qarşılıqlı hesablaşma üsullarına aid etmişdir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsi xahiş olunan və müxtəlif yanaşmalara səbəb olan “əldə edilmiş” müddəası ilə bağlı göstərilməlidir ki, “Valyuta tənzimi haqqında” Qanunun və Qaydaların müvafiq normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan “əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq müvəkkil olunmuş bankların hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - “Valyuta tənzimi haqqında” Qanuna və Qaydalara müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır; - İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur; - İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir.” Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının Xarici ticarətdə hesablaşma qaydaları adlı V bölümünün İxracda hesablaşmalar adlı 12-ci bəndində göstərilmişdir: 12.1. Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. 12.2. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. 12.3. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. 12.4. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər. 12.5. Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. 12.6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank idxalixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər. Həmin qaydaların 15.2-ci bəndinə əsasən xarici ticarət əməliyyatları üzrə malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasına və gətirilməsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, bu əməliyyatların hesablaşmalar hissəsinə isə Mərkəzi Bank və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzarət edirlər. Məhkəmə hesab edir ki, bankın məktubuna əsasən **********1472 saylı X12 üzrə xx.xx.2022-ci ildə 5010 ABŞ dolları məbləğində ixrac edilmiş malın gömrük dəyəri olan vəsaitin qalan qalıq məbləği olan 460 ABŞ dolları vəsaitin xx.xx.2022-ci ildə də, yəni malın ixrac edildiyi tarixdən 180 günlük müddət keçdikdən sonra həyata keçirilməsi nəzərə alınaraq inzibati xəta törədən X4 inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin, yəni 460 ABŞ dolları məbləğin otuz faizindən əlli faizinədək məbləğdə inzibati cərimə edilməsi səlahiyyəti gömrük orqanının səlahiyyətində olduğundan şikayət qismən təmin edilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X13 tərəfindən X7 barəsində İXM-in 483-cü maddəsi ilə qəbul edilmiş 23 fevral 2023-cü il tarixli, 01400/01462 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yenidən inzibati araşdırma aparılması və işə yenidən baxılması, X4 barəsində inzibati xətanın bilavasitə obyekti olan 460 ABŞ dolları vəsaitin otuz faizindən əlli faizinədək məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı hazırki qərar səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinə göndərilməlidir. İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 5.12-ci bəndinə əsasən İXM-in 231.1, 480 – 482, 483 – 505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 saylı Fərmanının 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına İXM-in 231.1, 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 479 (Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 480 – 482, 483 – 505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Komitənin sədri, onun müavinləri, X3-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri daxildir. Həmin vəzifəli şəxslər gömrük orqanının adından inzibati tənbeh tətbiq etmək səlahiyyətinə malikdirlər. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X10 23 fevral 2023-cü il tarixli 01400/01462 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması və X7 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar