Məhkəmə qərarları › İş №3(021)-132/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-132/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-132/2025 02.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 məhkəməyə şikayət verərək, hazırkı iş üzrə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional Şöbəsinin 17 yanvar 2025-ci il tarixli, MN № ******* nömrəli qərarının ləğv edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır. Fiziki şəxs kimi həmin yaşadığı kənddə yerləşən tikinti materialları mağazasını işlətməyi ilə bağlı vergi ödəyicisidir və lisenziyası var. O özü təkbaşına mağazada satış edir, heç vaxt heç kimi işə cəlb etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinə əsasən 17 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərar əsasında ona 3000 (üç min) manat cərimə yazılmışdır. Həmin MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini Bərdə rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli i-9 nömrəli qərarı əsas olması göstərilmişdir. Bərdə rayon Prokurorluğundan daxil olmuş qərara əsasən müəyyən olunmuşdur ki, guya o işlədiyi tikinti materialları satış mağazasında X1 əmək müqaviləsi bağlamadan işə cəlb etmişdir. Qeyd edir ki, o qeyd olunan inzibati xətanı törətməmişdir. Belə ki, onun Mirsaleh Hüseynovu əmək müqaviləsi bağlamadan ümumiyyətlə işçi kimi işə cəlb etməyə imkanı və ehtiyacı yoxdur. Mirsaleh Hüseynov yalnız bir neçə dəfə mağazaya sement daxil olarkən həmin sementin boşaldılmasında kömək etmiş, o da onun günəmuzd haqqını ödəmişdir. Onu digər vaxt daimi olaraq işə cəlb etməmişdir. Bundan əlavə o vergi ödəyicisi olmaqla fiziki şəxs kimi fəaliyyət göstərir və vəzifəli şəxs deyil. Lakin onun əməlinə vəzifəli şəxs kimi qiymət verilmiş və MN ******* nömrəli qərarda 3000 manat cərimə yazılmışdır. Ona görə hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X4 öz izahatında ona 3000 manat cərimə yazıldığını bildirmiş, etiraz etdiyini, çünki onun işçi işlətmədiyini, Mirsaleh Hüseynovun isə yalnız ona kömək etdiyini və cərimənin miqdarının azaldılmasını istəyərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbehvermə haqqında qərar qəbul edən səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinə məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət məlumatlarından görünür ki, X4 – xx.xx.1990-cı ildə Bərdə rayonunda anadan olmuşdur, ünvan 1ində yaşayır. İşdə olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən və elektron məhkəmə informasiya sistemindən çıxarılmış vergi məlumatlarından görünür ki, X4 ********** saylı VÖEN əsasında fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur, əsas fəaliyyət istiqaməti təsərrüfat mallarının pərakəndə satışıdır, fəaliyyət obyekti mağazadır və statusu aktivdir. İş materiallarında olan 17 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən sahibkar X4 (VÖEN: **********) ona məxsus tikinti materiallarının satışı mağazasında satıcı-fəhlə işinə X1 əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etmişdir, nəticədə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi nəticəsində həmin maddəyə uyğun olaraq 3000 (üç min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. AR.İXM-in 192.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X2 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Belə ki, iş materialları və tərəflərin izahatlarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X2 X1 əmək müqaviləsi bağlamadan işə cəlb etməsi müəyyən edilmiş və o, vəzifəli şəxs olaraq İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş minimum həddə, yəni 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Buna görə hazırki şikayətin təmin edilməsi üçün heç bir əsas yoxdur. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən X4 barəsində İXM-in 192.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar