Məhkəmə qərarları › İş №3(021)-1327/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1327/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1327/2022 31.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X4 və Bərdə Rayon X9 X10 operatoru X5 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Bərdə Rayon Polis Şöbəsinin, Dövlət X10 TP ******* saylı Qərarın ləğv edilməsinə dair şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 məhkəməyə şikayət verərək Bərdə Rayon Polis Şöbəsinin, Dövlət X10 TP ******* nömrəli X11 haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. Özünə məxsus “VAZ-11183 minik” markalı, ** XS *** dövlət nömrə nişanlı avtomobili vardır. 04 sentyabr 2022-ci il tarixdə saat 11:54 radələrində Bərdə şəhəri, Koroğlu küçəsi ilə hərəkətdə olarkən işıqforun yaşıl işığında işıqforu keçmişdir. Lakin Bərdə Rayon X9 X10 yol patrul xidmətinin inspektoru X2 onu saxladıb, nəqliyyat vasitəsini idarə edərkən işıqforun yaşıl işıqda keçmədiyini bildirməsinə baxmayaraq yol patrul xidməti inspektoru barəsində protokol tərtib edəcəyini bildirmişdir. O isə işıqforun qadağanedici işarəsi veriləndən sonra keçməsini təsdiq edən fotoşəkil göstərməsini tələb etmişdir. Ancaq ona heç bir fotoşəkil və başqa sübut göstərmədən onun barəsində Azərbaycan Respublikasl İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP4870238 nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında isə xx.xx.2022-ci il tarixdə barəsində TP5240869 nömrəli qərar qəbul edilmiş və İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.Həmin qərarı qanunsuz hesab edir. Belə ki, o yol hərəkəti qaydalarını, yol hərəkəti təhlükəsizliyi qaydalarını, avtomobil yollarından istifadə qaydalarını pozmamış və işıqforun qadağanedici işarəsi verilmədən keçmişdir. Ona görə də hesab edir ki, İXMN-nin 327.2-ci maddəsinə əsasən X11 haqqında TP5240869 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə iclasına şikayətçi X7 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş edərək əlavə olaraq göstərmişdir ki, həmin qərar üzrə tətbiq olunmuş cəriməni ödəmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bərdə Rayon X9 X10 nümayəndəsi X8 şikayəti qəbul etməyərək bildirdi ki, həmin protokol əsaslı yazılmışdır. Belə ki, sürücü xx.xx.2022-ci il tarixdə idarə etdiyi “VAZ11183 minik” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. X7 həmin cərimə məbləğini ödəmişdir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətçini, protokol tərtib edən orqanın nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA0468257 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1996-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X1 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli,TP5240869 saylı X11 Haqqında Qərardan görünür ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş cərimənin ödənilməsinə dair DİN-nin DYP Web Portaldan çıxarışdan görünür ki, X7 TP5240869 nömrəli inzibati qərar üzrə 60 manat cəriməni və 3.60 manat dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Yol-patrul xidməti polis baş serjantı X2 tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolda göstərilmişdir ki, X7 idarə etdiyi “VAZ11183 minik” markalı, ** XS *** Dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Daha sonra barəsində inzibati xəta haqqında protokol əsasında X7 barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta hqqında qərar tərtib edilmiş şəxs X7 məhkəməyə şikayət verərək, Bərdə rayon Yol-patrul xidmətinin 04 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli X11 haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şikayəti müdafiə etmiş, protokol tərtib etmiş orqanın nümayəndəsi isə şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, Bərdə rayonu Yol-patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolda X7 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “VAZ11183 minik” markalı, 10XS710 dövlət nömrə nişanlı avtomobillə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Şikayətin məzmunundan və cavabdehin öz izahatından görünür ki, şikayətçi X7 özünün idarə etdiyi “VAZ11183 minik” markalı, ** XS *** dövlət nömrə nişanlı avtomobillə işıqforun qadağanedici nişanında hərəkət etmədiyini bildirərək qərara etiraz edir. Eyni zamanda şikayətçi izahatında həmin inzibati xətaya görə təyin edilmiş 60 manat cəriməni tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, şikayətçi X7 barəsində tərtib edilmiş X11 haqqında qərar üzrə İXM-nin 327.2- ci maddəsində nəzərdə tutulmuş inzibari xətanı törətdiyinə görəsində barəsində tətbiq edilmiş 60 manat cəriməni və ona əlavə edilmiş dəbbə pulunu ödədikdən sonra həmin qərardadan şikayət verməsi tam əsassızdır. Belə ki, şikayətçi barəsində tətbiq edilmiş X11 haqqında TP5240869 saylı qərarla müəyyən edilmiş inzibati cəriməni ödəməklə inzibati xəta hadisəsinin mövcudluğu, habelə hadisənin törədilməsində özünün təqsiri olması və sözügedən qərarın hüquqi nəticələri ilə razılaşmış, bu hal isə şikayətçinin şikayətinin əsassız olması qənaətinə gəlməyə səbəb olur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Bərdə Rayon Polis Şöbəsinin, X16 Bölməsi tərəfindən tərtib edilmiş TP ******* saylı Qərarı dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar