Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-133/2024 25.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, X4 vəkili (nümayəndəsi) Nümayəndə və inzibati tənbeh vermə haqqında qərar qəbul edən səlahiyyətli orqanın nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024-cü tarixli, MN № ******* nömrəli qərarından şikayətçi X6 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024-cü tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İXM-in 253.-1.2.2-ci maddəsi ilə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən X6 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 təbii sərvətlər idarəsinin 05 fevral 2024-cü tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsi ona İXM-nin 253-1.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə 5000 manat cərimə tətbiq edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərar qəbul etmişdir. Hesab edir ki, sözgedən qərar ləğv edilməlidir. Belə ki, sözgedən qərar əsassız yazıldığını və ləğv edilməli olduğunu bildirir. Hesab edir ki, qərarın ləğv edilməsi üçün kifayət qədər əsaslar var. O, bildirmişdir ki, Bərdə stansiyasının ərazisindəki 8 ədəd qurumuş agacların kəsilməsi və yeni növ agacların əkilməsi üçün rəsmi yazışmalar aparılmış, icrası vaxtında yerinə yetirilmişdir. Ona görə də hesab edir ki, sözü gedən qərar əsassız qəbul edilmişdir və ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində bildirilir ki- Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bərdə Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 3(021)-133/2024 nömrəli qərardadı ilə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsini iş materialları ilə birlikdə aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsi 13 mart 2024-cü il tarixli qərardadı ilə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsini Bərdə Rayon Məhkəməsi ilə Şəmkir Rayon Məhkəməsi arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan, ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-168/2024 nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsini baxılması üçün iş materialları ilə birlikdə Bərdə Rayon Məhkəməsinə göndərmişildir. Məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bərdə-Ağdam dəmiryolunun çəkilişi zamanı şirkətin iş icraçısı Arzu Əhmədovun fəaliyyəti nəticəsində ərazidə qurumamış kök üstə yaş ağaclar kəsilmişdir, həmin ağacların kəsilməsi ilə bağlı ekoloji ekspertizanın rəyi və ya hər hansı qərar mövcud olmadan ağaclar kəsilmişdir. Buna görə də cavabdeh şəxs Arzu Əhmədov barədə vəzifəli şəxs olaraq 5000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsassız olduğundan rədd edilməli, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi rədd edilməli, inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA3401769 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 – xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-dən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 rayonu, Daşbulaq kəndində qeydiyyatdadır. İş materiallarında olan 05 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin qərarın surətindən görünür ki, X6 barəsində İXM-nin 253-1.2.2-ci maddəsinə əsasən 5000 min manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmiş və bu qərarın icrası üçün tərəfə məlumat verilmişdir. İşdə olan 83546 saylı aktdan, fotoşəkillərdən və tərəflərin izahatlarından kök üstə yaş ağacların kəsilməsi və kökündən çıxarılması aydın olur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 3(021)- 133/2024 nömrəli qərardadının surətindən görünür ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi iş materialları ilə birlikdə aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsi 13 mart 2024-cü il tarixli qərardadının surətindən görünür ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi Bərdə Rayon Məhkəməsi ilə Şəmkir Rayon Məhkəməsi arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan, ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-168/2024 nömrəli qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılması üçün iş materialları ilə birlikdə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 253-1.2.2-ci maddəsinə əsasən, yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, X6 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilməsi barədə verilən şikayət əsaslı deyil və rədd edilməlidir. Belə ki, barəsində inzibati tənbeh tətbiq edən X4 şikayət ərizəsində şikayət edilən müvafiq qərardakı pozuntular, qərarın ləğv edilməsi üçün əsaslar faktiki olaraq göstərilməmiş, formal olaraq maddələr sadalanmışdır. Belə olduğu halda məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024-cü tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilən şikayətın rədd edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən təqdim edilmiş mötəbər sübutlardan müəyyən olunur ki, Bərdə-Ağdam dəmir yolu stansiyasının ərazisində layihə üzrə işlər aparan "xxxx" QSC tərəfindən podrat işləri aparılan zaman ərazidə işlərə cavabdeh olan iş icraçısı X4 fəaliyyəti və məsuliyyətsizliyi nəticəsində ərazidə 5 ədəd müxtəlif cinsli köküstə yaş ağaclar müvafiq ekoloji ekspertiza rəyi və ya qərar olmadan ərazidən kəsilib və qanunsuz kökündən çıxarılaraq götürülmüşdür. Bununla da İXM-in 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: Şikayət rədd edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin X6 barəsində qəbul edilmiş 05 fevral 2024-cü tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərаrdan qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-133/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-133/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver