Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-134/2024 14.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 548.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs ASC İXM-in 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 02 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X5 protokolun təmin ounmamasını və ona sənədlərin təqdim edilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, səhahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X1 təqdim edilməsi üçün məhkəmədn vaxt istəsə də məhkəmə iclasına gəlməmiş və sübutlarını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs ASC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: X2 tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Mülki Məcəllənin 106-1.3.5.(cəmiyyətin səhmdarlarının umumi yığıncağında səsvermə huququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək) maddəsininin tələbinə əsasən 2022-ci ilin yekunları ilə bağlı keçirilmiş səhmdarların ümumi yığıncağının protokolunun surətini; 106-2.3. (Səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gun ərzində həmin səhmdara təqdim etməlidir.) maddəsinin tələbinə əsasən 2022-ci il üçün səhmdarların reyestrindən çıxarışın surətini; 102.4. (Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanını yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir.) maddəsinin tələbinə əsasən 2022-ci il üçün nizamnamənin və ona edilmiş əlavə və dəyişikliklərin surətlərini (dəyişiklik olduğu təqdirdə); 2022-ci ilin yekunları üzrə Cəmiyyətin kənar audit hesabatının surətini 2022-ci il yekunları üzrə Cəmiyyətin mənfəət vergisi bəyannaməsinin təsdiq edilmiş surətini (Əsli ilə eynidir, imza və möhürlə) 2022-ci il üzrə Cəmiyyətin daşınar və daşınmaz əmlakının icarəyə verilməsinə dair qüvvədə olan müqavilələrin surətlərinin ona təqdim edilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin surətlərinin təqdim edilməsi və bu barədə 7 gün müddətində Mərkəzi Banka məlumat verilməsinin tələb olunduğu barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış 29.12.223-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli göstərişləri ilə tələb edilən məlumatların bu günə qədər təqdim edilmədiyi, məktublarda göstərilən məlumatların 5 gün ərzində Mərkəzi Banka təqdim edilmədiyi təqdirdə İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP №0087289 nömrəli protokolda göstərilmişdir ki, Şəxs ASC xx.xx.2023-cü il tarixli 6-1- 26/2-10165/2023 saylı məktubu ilə tələb edilən sənədləri (ASC-nin səhmdarlarının reyestrinin, nizamnaməsinin surətinin və səhmdarların ümumi yığıncaqlarının protokolunun surətini və s. sənədlərin səhmdar B.Bayramova təqdim edilməsi və poçt vasitəsi ilə ünvanlanması barədə rəsmi bildiriş əlavə edilməklə, səhmdar B.Bayramova ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəratini yaradılması ) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. İstehlakçılarla iş departamentinin direktorunun Azərbaycan Respublikası Mərkəzi Bankının direktoruna ünvanlanmış Xidməti məktubdan görünür ki, Şəxs ASC-nin qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin surətlərinin səhmdar B.Bayramova təqdim edilməsi üçün müraciət edildiyi, lakin qeyd edilən məlumatların onlara təqdim edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs ASC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İXM-in 548.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs ASC cəmiyyətin səhmdarlarının reyestrinin, nizamnaməsinin surətinin və səhmdarların ümumi yığıncaqlarının protokolunun surətini və s. sənədlərin göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bundan sonra onun barəsində İXM-in 548.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli EP №0087289 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs ASC oğlunun İXM-in 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs ASC törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs ASC İXM-in 548.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-134/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-134/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver