Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-135/2025 13.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə X4 İdarəsinin inzibati xəta haqqında 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarından X5 müdafiəçisi Nümayəndə1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 İdarəsinin 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Şikayətçi X5 müdafiəçisi Nümayəndə1 məhkəməyə şikayət verərək X4 İdarəsinin inspektoru X2 tərəfindən Özbəkistan Respublikası vətəndaşı FA6182521 pasport nömrəli, xx.xx.1977-ci il təvəllüdlü hüquqlarını müdafiə etdiyi X5 barəsində tətbiq edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi X5 müdafiəçisi Nümayəndə1 şikayətini onunla əsaslandırmışdır ki, X4 İdarəsinin inspektoru X2 tərəfindən Özbəkistan Respublikası vətəndaşı FA0034307 pasport nömrəli, xx.xx.1960-ci il təvəllüdlü hüquqlarını müdafiə etdiyi X5 barəsində xx.xx.2024-cü il tarixdən əcnəbinin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olunması əsası ilə xx.xx.2024-cü il tarixdə İXM-nin 575.1.4-cü maddəsi ilə MN ******* saylı inzibati xəta protokolu tərtib olunmuşdur. Həmin protokol əsasında da xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən hüquqlarını müdafiə etdiyim əcnəbi vətəndaş barəsində 400 manat cərimə edilməklə 60 gün müddətində ölkə hüdudlarından inzibati qaydada çıxarılma və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilmişdir. Şəxsin izahatı protokolun əsası olaraq götürülmüşdür. Qeyd olunan qərar hüquqlarını müdafiə etdiyi şəxsə xx.xx.2024-cü il tarixdə Miqrantların saxlanılma mərkəzində təqdim edilmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi, əcnəbi şəxs İsveçrə ölkəsinə məxsus CNHİ İnternational şirkətinin Özbəkistandakı istehsal zavodu olan “UZCASEMASH” hüquqi şəxsin xüsusi nümayəndəsi olaraq alqı-satqı üçün ölkəyə göndərilmiş, pambıq yığan kombaynların monitorinqi məqsədi ilə xx.xx.2024-cü il tarixdə ölkəyə ezam edilmişlər. Ezam olunduqları Azərbaycan şirkəti isə CNHİ İnternational şirkətinin Azərbaycandakı rəsmi dileri X10 QSC olmuşdur. Əcnəbi şəxs ölkəyə gəldikdən sonra xx.xx.2024-cü il tarixdə Bərdə şəhərində yerləşən PRİNS Hoteldə müvəqqəti qeydiyyata düşmüşdür. xx.xx.2024-cü il tarixdə müvafiq səlahiyyətli orqanın əməkdaşları hüquqlarını müdafiə etdiyi əcnəbi şəxsin yaşadığı hotelə yaxınlaşaraq həmin şəxsi qanunsuz miqrantların saxlanılma mərkəzinə aparmış və orada qanunsuz olaraq saxlanılmışdır. Hesab edir ki, qeyd olunan qərarda inzibati xəta tərkibi yoxdur və aşağıdakı hallara görə əsassızdır və ləğv edilməlidir. Müvafiq səlahiyyətli orqan tərəfindən Miqrasiya Məcəlləsinin 51-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Qeyd olunan normanın dispozisiyasından da görünür ki, hüquqi şəxs ilk öncə öz fəaliyyət sahəsinə uyğun vəzifə üzrə işçi axtarmalı və ehtiyac yarandıqda xarici mütəxəssisləri həmin işə cəlb etməlidir. Hüquqları müdafiə etdiyi əcnəbi şəxs ölkəyə iş üçün yox müvafiq yoxlama aparılması məqsədi ilə (istehsal etdiyi məhsulların ölkədə satışının yoxlanılması) ezam edilmişdir. Bu faktın digər bir sübutu müvafiq protokolda qeyd olunan X10 QSC-nin fəaliyyət sahəsidir. Həmin şirkətin fəaliyyət sahəsi kənd təsərrüfatı texnikalarının alqısatqısıdır. Həmin şəxs ölkəyə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hər hansı bir hüquqi şəxsin dəvəti ilə yox öz daxili qərarı ilə gəlmişlər. Ancaq səlahiyyətli orqan tərəfindən tərtib olunan protokolda hüquqlarını müdafiə etdiyi şəxsin guya kombayn operatoru kimi fəaliyyətlə məşğul olması göstərilmişdir. Buradan sual yaranır ki, alqı-satqı fəaliyyəti ilə məşğul olan şirkət “kombayn operatoru” vəzifəsində işçini hansı əsasla işə cəlb etsin?. Ümumiyyətlə ştat cədvəlində bu vəzifə niyə yaradılmalıdır?. Bundan başqa müvafiq hüquqi şəxsi etdiyi şəxs arasında hər hansı əmək müqaviləsi də bağlanmamışdır. Hüquqlarını müdafiə etdiyi əcnəbi şəxsin əmik fəaliyyəti ilə məşğul olmamasının digər bir bariz sübutu onun müvafiq hüquqi şəxsin fəaliyyət göstərdiyi ofis və ya ərazidə əmək fəaliyyəti ilə məşğul olmamasıdır. Bu halı Səlahiyyətli orqan sübut etməlidir. Hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs barəsində aparılmış inzibati xəta ilə bağlı icraat qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs qanunsuz miqrantların saxlanılma mərkəzində qanunsuz otaraq saxlanılmışdır. Çünki qanunvericiliyin tələbinə görə (MM-ııin 82.2-ci maddəsi) müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda şəxs saxlanılmalıdır. Ancaq bununla bağlı hər hansı bir qərar qəbul edilməmişdir. Hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs barəsində inzibati xəta ilə bağlı icraat aparılan zaman müdafiəçi ilə təmin edilməyib. Bu da həmin şəxsdən alınan izahatın doğruluğunu şübhə altına alır. Hesab edir ki, müvafiq izahat basqı altında yazılmışdır. Çünki hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs qanunsuz miqrantların saxlanılma mərkəzindən buraxıldıqdan sonra tərəfindən onunla görüş keçirilmiş və görüşün nəticəsi olaraq “RMX-də müvafiq hüquqi şəxsin işçisi olmadığını, aralarında hər hansı bir əmək münasibətinin olmamasını bildirsə də ona təzyiq edərək etirafcdici izahatlar” yazdırılması bildirilmişdir. Bundan başqa səlahiyyətli orqan icraat zamanı işi hərtərəfli araşdırmaq üçün müvafiq hüquqi şəxsin nümayəndəsini də icraata cəlb etməli olduğu halda bunu etməyərək qərar qəbul etmişdir. Şikayətçi X5 müdafiəçisi Nümayəndə1 həmçinin məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək X4 İdarəsinin inspektoru X2 tərəfindən Özbəkistan Respublikası vətəndaşı FA0034307 pasport nömrəli, xx.xx.1960-ci il təvəllüdlü, hüquqlarını müdafiə etdiyi X5 barəsində qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehlə bağlı qərarından şikayət verildiyi zaman İXM-nin 130.1-ci maddəsi ilə qərardan şikayət verilməsi ilə müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 3(021)-1244/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 İdarəsinin inzibati xəta haqqında 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarından X5 müdafiəçisi Nümayəndə1 vermiş olduğu buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilməsi qərara alınmışdır. Şikayətçi X5 müdafiəçisi Nümayəndə1 məhkəməyə sözügedən qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimi X3 3(104)-47/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə müdafiəçi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilərək Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(021)- 1244/2024 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflərə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçi X5 müdafiəçisi Nümayəndə1 şikayətini və işdə olan materialları nəzərədən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 3(021) 85/2025 nömrəli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi,X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı X5 Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətində məhdudlaşdırılması hissəsində dəyişdirilərək həmin hissənin ləğv edilərək qərardan çıxarılması, inzibati tənbeh vermə haqqında qərarın qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, eyni işə baxılıb məhkəmə tərəfindən araşdırılaraq yekun qərar qəbul edildiyindən təkrarən eyni qərardan verilmiş şikayətə baxılmasına ehtiyac yoxdur və bu hal hüquqi müəyyənlik və preyudisiallıq, həmçinin prosessual qənaət prinsiplərinə ziddir. Buna görə iş üzrə icraata xitam verilməlidir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, X5 barəsində eyni şikayət üzrə məhkəmə qərarı qəbul olunduğuna görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: X4 İdarəsinin inzibati xəta haqqında 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarından X5 müdafiəçisi Nümayəndə1 verdiyi şikayət üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-135/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-135/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver