Məhkəmə qərarları › İş №3(021)-1354/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1354/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1354/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 1, mənzil 1 qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 avqust 2021-ci tarixdə Bərdə rayonu Arabaçılar kəndi ərazisində olan fermada X2 döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3 izahatında göstərdi ki, 17 avqust 2021-ci tarixdə Bərdə rayonu Arabaçılar kəndi ərazisində olan fermada Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, 17 avqust 2021ci tarixdə Bərdə rayonu Arabaçılar kəndi ərazisində olan fermada Şəxs onu döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hazırda Şəxs şikayətçi deyil ona qarşı şikayət və tələbi yoxdur. Barışıq ərizəsini məhkəməyə təqdim edərək inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 17 avqust 2021-ci tarixdə Bərdə rayonu Arabaçılar kəndi ərazisində olan fermada X2 döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 07 sentyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, toplanmış HK-1-2869, 2879 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinə verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən inzibati xəta törədən şəxs zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yazılı ərizədən görünür ki, o, Şəxs şikayətçi deyil ona qarşı şikayət və tələbi yoxdur. İnzibati xəta törətmiş Şəxsnin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs ilə Zərərçəkmiş şəxs ilə barışdığından belə hesab edir ki, göstərilən maddələrin tələbinə əsasən inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128- 130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ Barəsində inzibati xəta hqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar