Məhkəmə qərarları › İş №3(021)-136/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-136/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-136/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs MMM-nin nümayəndəsi X1 Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X4 iştirakı ilə Şəxs MMM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs MMM-nin inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsi tərəfindən Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 25 iyun 2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 25 iyun 2020-ciil tarixdə Şəxs MMM-nin istehsal etdiyi “Pepsi” sularının reklamları 7 ədəd soyuduculara yapışdırılmaqla Bərdə şəhəri, H.Əliyev prospekti ərazisində açıq məkanda müvafiq icazə olmadan yerləşdirilmişdir. Bərdə Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qərarına əsasən Şəxs MMM-nin barəsində 5000(beş min) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qərarına əsasən apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 3(021)-631/2020 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin nümayəndəsi X3 məhkəmədə izahat verib bildirmişdir ki, 25 iyun 2020-ciil tarixdə Şəxs MMM-nin istehsal etdiyi “Pepsi” sularının reklamları 7 ədəd soyuduculara yapışdırılmaqla Bərdə şəhəri, H.Əliyev prospekti ərazisində açıq məkanda yerləşdirilmişdir. Bunun üçün 17 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən icazə alınmışdır. Şəxs MMM-nin hərəkətlərində inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X7 göstərmişdir ki, 25 iyun 2020-ciil tarixdə Şəxs MMM-nin istehsal etdiyi “Pepsi” sularının reklamları 7 ədəd soyuduculara yapışdırılmaqla Bərdə şəhəri, H.Əliyev prospekti ərazisində açıq məkanda müvafiq icazə olmadan yerləşdirilmiş, həmin səbəbdən Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsi tərəfindən Şəxs MMM barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra müəyyən edilmişdir ki, Şəxs MMM Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsindən 17 sentyabr 2020-ci il tarixdə açıq məkanda reklam yerləşdirilməsinə dair icazə almışdır. Qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs MMM-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 428.1.7-ci maddəsinin dispozisiyasından müəyyən olunur ki, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət yaranır. İş materiallarında olan 17 sentyabr 2020-ci il tarixli açıq mıəkanda reklam yerləşdirilməsinə icazədən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsi 01.05.2020-ci il tarixdən 01.11.2020-ci il tarixədək Şəxs MMM-nə açıq məkanda reklam yerləşdirməsinə icazə vermişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcələnin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İXM-nin 416.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs MMM-nin əməlində inzibati xəta hadisəsi olmadığından, yəni açıq məkanda reklam yerləşdirmək üçün Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsindən icazəsi olduğundan Azərbaycan Respublikasının İXM-nin 462-ci maddəsinə əsasən Şəxs MMM-nin barəsində olan inzibati xətaya dair işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 53,105,114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA A L D İ: Şəxs MMM-nin hərəkətlərində inzibati xəta hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar