Məhkəmə qərarları › İş №3(021)-1368/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1368/2021

03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1368/2021 03.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X2 Bölməsinin sahə rəisi polis mayoru X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bərdə rayonu Hacılar kəndində anadan olmuş, orta təhsilli, işləməyən, subay, əvəllər məhkum olunmuş, Bərdə rayonu Hacılar kəndində qeydiyyatda olan və yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 206-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 0,12 qram marixuana və 0,079 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 01 noyabr 2021-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kənd qəbirsanlığından 80 manat dəyərində alliminium barmaqlıqları oğurlamışdır. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X2 Bölməsinin sahə rəisi polis mayoru X4 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 0,12 qram marixuana və 0,079 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 01 noyabr 2021-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kənd qəbirsanlığından 80 manat dəyərində alliminium barmaqlıqları oğurlaması səbəbindən tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əməlindən peşmandır, səhv edib. Oğurluq edib narkotik almaq istəmişdir. İki uşağı var. Məhkəmədən cərimə olunmasını xahiş etdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X6 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 03 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3771 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, xx xxxxxx 1987-ci il təvəllüdlü Bərdə rayonunda anadan olmuş, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, Bərdə rayon Hacılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın bir sürəti şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 01 noyabr 2021-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kənd qəbirsanlığından 80 manat dəyərində alliminium barmaqlıqları oğurlaması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafı, protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədberi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36, 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə barəsində 03 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 02 noyabr 2021-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar