Məhkəmə qərarları › İş №3(021)-137/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-137/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-137/2021 01.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xxx 1999-cu ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatda olan və Bərdə şəhəri, Fizuli küçəsi döngə 7, ev 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bərdə rayon Polis şöbəsindən daxil olmuş AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 yanvar 2021-ci ildə saat 1330 radələrində sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2106 markalı 42 BG-976 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospektində qarşıda hərəkətdə olan “RAVON NEXİA R3” minik markalı 99 ZU-880 dövlət nömrə nişanlı avtomobili arxadan vurmuş, avtomobilə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, 30 yanvar 2021-ci ildə saat 1330 radələrində idarə etdiyi VAZ-2106 markalı 42 BG-976 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospektində hərəkətdə olmuş, H.Aslanov küçəsinə dönmək istəyərkən qarşıda hərəkətdə olan “RAVON NEXİA R3” minik markalı 99 ZU-880 dövlət nömrə nişanlı avtomobili arxadan vurmuşdur. Hadisəni törədərkən sərxoş olmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da “RAVON NEXİA R3” minik markalı 99 ZU-880 dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Səhvini başa düşür, tutduğu əməldən peşimandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərmişdir ki, 30 yanvar 2021-ci ildə saat 1330 radələrində idarə etdiyi “RAVON NEXİA R3” minik markalı 99 ZU-880 dövlət nömrə nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olmuşdur. H.Aslanov küçəsinə dönmək istəyərkən arxadan gələn VAZ-2106 markalı 42 BG-976 dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini arxadan vurmuşdur. Hadisə nəticəsində xəsarət almasa da avtomobilinə ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməsə də Şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AP ******* saylı 01 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 23, 357, 360, 362, 365, 425-426 430-432-ci maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, iki il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 700(yeddi yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Cərimə Baş Dövlət Yol Polisi İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar