Məhkəmə qərarları › İş №3(021)-1371/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1371/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1371/2025 08.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun Vəkil iştirakları ilə, Ş/V: AZE №********, xx.xx.1983-cü il tarixdə Bərdə rayonu, Vəliuşaqlı kəndində doğulmuş, orta təhsilli, evli, Bərdə rayonu, Otuzikilər kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən 08 dekabr 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 bildirdi ki, Bərdə RPŞ-nin Post Patrul Xidməti Bölməsinə daxil olmuş məlumata əsasən Bərdə RPŞnin İTB-nin polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs1 və Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 tərəfindən məlumatda qeyd edilən ünvana gedilmiş, Şəxs və X2 xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində ünvanlı və ünvansız nəlayiq ifadələr işlətdikləri görmüşlər. Şəxs saxlanılmış və Bərdə RPŞ-nə dəvət olunmuşur. Şəxs aqressiv formada onlarla yüksəsk səslə danışaraq içtimai yerdə ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və oradan qaçmağa cəhd göstərmişdir. Onlar Şəxs ictimai yerdə olduğunu və özünü nizamintizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Polislər Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirmiş və heç bir yerə getməyəcəyini bildirmişdir. Polislər Şəxs rayon polis şöbəsinə gətirən zaman o, polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Bərdə RPŞ-nin İTB-dən daxil olmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bərdə şəhəri, Koroğlu küçəsində içkili olduğu üçün ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt polislərin tələblərinə tabe olmuş və onlarla birgə xidməti polis maşını ilə Polis şöbəsinə getmişdir. Törətdiyi əməldən peşmadır. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bərdə şəhəri, Koroğlu küçəsində içkili olduğu üçün ünvansız nəlayiq ifadələr işlətmiş, nizam intizamı pozsada polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərmə hərəkətlərinə yol verməmişdir. Hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci mаddəsinin tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, Bərdə RPŞ-nin İTB-nin polis nəfəri işləyir. xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 ilə xidmətdə olan zaman Post Patrul Xidmətinə daxil olmuş məlumata əsasən qeyd edilən ünvana gedilmiş, Şəxs və X2 ünvanlı ünvansız nəlayiq ifadələr işlətduklərini görmüşlər. Şəxs içkili olduğu üçün aqressiv formada onlarla yüksəsk səslə danışaraq içtimai yerdə ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və oradan qaçmağa cəhd göstərmişdir. Onlar Şəxs ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin Şəxs onların qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxs rayon polis şöbəsinə gətirilən zaman onlara qarşı əl-qol hərəkətləri etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Buna görə də onu məcburi olaraq avtomobillə polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, Bərdə RPŞ-nin İTB-nin polis nəfəri işləyir. xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs1 ilə xidmətdə olan zaman Post Patrul Xidmətinə daxil olmuş məlumata əsasən qeyd edilən ünvana gedilmiş, Şəxs və X2 ünvanlı ünvansız nəlayiq ifadələr işlətduklərini görmüşlər. Şəxs içkili olduğu üçün aqressiv formada onlarla yüksəsk səslə danışaraq içtimai yerdə ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və oradan qaçmağa cəhd göstərmişdir. Onlar Şəxs ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin Şəxs onların qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxs rayon polis şöbəsinə gətirilən zaman onlara qarşı əl-qol hərəkətləri etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Buna görə də onu məcburi olaraq avtomobillə polis şöbəsinə gətirmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, X5 Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Həmçinin, onun əməlində İXM-in 535.1-ci mаddəsinin tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs1 Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 ilə xidmətdə olan zaman Post Patrul Xidmətinə daxil olmuş məlumata əsasən qeyd edilən ünvana gedilmiş, Şəxs və X2 ünvanlı ünvansız nəlayiq ifadələr işlətdiklərini görmüşlər. Polislər Şəxs yaxınlaşaraq ona ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Şəxs onların qanuni tələbinə tabe olmayaraq polis şöbəsinə gəlməkdən imtina etmişdir. Şəxs rayon polis şöbəsinə gətirilən zaman onlara qarşı əl-qol hərəkətləri etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Buna görə də onu məcburi olaraq avtomobillə polis şöbəsinə gətirmişlər. xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 inizbati iş üzrə icraat material üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. xx.xx.2025-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 21:40-da inzibati qaydada tutulmuşdur. AZE №******** seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.1983-cü il tarixdə Bərdə rayonu, Vəliuşaqlı kəndində doğulmuş, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli, 2119 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, Şəxs hadisə zamanı orta dərəcəli şərxoş olmuşdur. xx.xx.2025-ci il tarixli, MN №2405333 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ŞəxsBərdə rayonu, Koroğlu küçəsində uca səslə nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində uca səslə danışaraq nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir, lakin onun əməlində polisin qanuni tələbinə qəsdən tabe olmamaqla bağlı inzibati xətanın tərkibi yoxdur. Çünki, həmin hissədə şəxsin inzibati xəta törətməsi sübut olunmur. Belə ki, inzibati xəta törədən şəxs izahatında uca səslə küçədə nalayiq ifadələr işlətdikdən sonra polis əməkdaşlarının ona yaxınlaşıb polis şöbəsinə dəvət etməsindən sonra, onların tələblərini yerinə yetirərək könüllü polis şöbəsinə getdiyini bildirişdir. Toplanılmış materiala sonuncu tərəfindən polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilməmsi ilə əlaqədar zərərçəkmiş şəxslərin izahatlarından başqa hər hansı bir sübut əlavə edilməmişdir. Belə olan halda inzibati xəta törədən şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-1-ci maddəsinə qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib, bаrəsində 4 (dörd) gün müddətinə inzibati həbs tənbeh növünün tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin əməlin inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli xx.xx.2025-ci il tаrixdən, saat 21:40-dan hesablanmalıdır. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARVERDİ: Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 4 (dörd) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tаrixdən, saat 21:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar