Məhkəmə qərarları › İş №3(021)-1373/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1373/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1373/2021 15.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X3 iştirаkı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 29.03.2021-ci il tarixli, MN № ******* saylı qərarından şikayətçi (barəsində inzibati tənbeh qərarı çıxarılmış şəxs) X3 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 29.03.2021-ci il tarixli, MN № ******* saylı qərarı ilə X4 İXM-in 275.1.1-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi (barəsində inzibati tənbeh qərarı çıxarılmış şəxs) X4 məhkəməyə ərizə verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 29.03.2021-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X10 doldurma məntəqəsinin çevrəsində yabanı şəkildə bitmiş bir tut ağacı var, güclü külək nəticəsində ağacın budaqlarından biri qırılıb Yanacaqdoldurma məntəqəsinə girib çıxan yolu məhdudlaşdirmiş və yanacaq qəbulu yolunu kəsmişdi. Təqribən 2021-ci ilin fevral ayında yuxarıda qeyd etdiyi ağacın sınmış budağını bir-iki santimetr aşağıdan motorlumişarla kəsmiş az zaman içindǝ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin yera gələrək bildirdilər ki, o bu ağacı kəsdiyi üçün məsuliyyətə cəlb olunmalıdır, o, onlara nə qədər vəziyyəti izah etməyə çalışsada onlar onunla razılaşmamışlar sonda o evinə getmişdir.Nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qabul edilmiş 29.03.2021-ci tarixində MN ******* saylı inzibati tənbeh haqqında Qərar bu günə kimi ona təqdim edilməmişdir.Sözügedən idarə həmin qərar ilə tutulması qət edilmiş 300 manat cərimənin əmək haqqından tutularaq icra edilmasi üçün Bakı şəhəri Qutqaşınlı küçəci ünvanda yerləşən Dost Mərkəzinə göndərmişdir. Dost Mərkəzi, AR X7 Nazirliyi saylı Regional X7 İdarəsinin 9RETSİ/1514-21 saylı 04.10.2021-ci tarixli məktubunu həmin məktubə əlavə edilmiş 29.03.2021-ci tarixli MN ******* saylı İnzibati tənbeh haqqında Qərarı ona göndərmişdir. Dost Mərkəzi tərəfindən göndərilən məktub 21.10.2021-ci tarixdə poçt vasitəsi ona çatdırıldığı zaman sözügedən inzibati qərarın mövcudluğunu bilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, Azərbaycan Respublikası X7 Nazirliyi saylı Regional X7 İdarəsi 29.03.2021-ci tarixi MN ******* saylı İnzibati tənbeh haqqında Qarar onu İnzibati Xətalar Məcəlləsinin 275.1.1.-ci maddəsi ilə onu təqsirli bilərək 300 manat məbləğində cərimə etmişdir. Mən sözü gedən təşkilat tərəfindən qəbul edilmiş qərarın əsassız və ədalətsiz olduğunu düşünür. Belə ki, o həmin ağacı dibindən kəsməmişdir. Sadəcə budayaraq həm giriş-çıxış yolunu və yanacaq qəbulu yolunu açmış, eyni zamanda ağacı cavanlaşdırmışdır. Mübahisə predmeti olan tut ərizəyə əlavə edilmiş fotoşəkillərdə göründüyü kimi öz təbii görkəmindədir və üzərindən yeddi aya yaxın müddət keçməsinə baxmayaraq heç bir dəyişikliyə məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi (barəsində inzibati tənbeh qərarı çıxarılmış şəxs) X4 ərizəsində göstərilənlərə uyğun izahat verərək, ona qarşı qəbul edilmiş cərimə qərarının əsassız və ədalətsiz olmasını bildirib şikayət ərizəsinin təmin edilərək 29.03.2021-ci il tarixli, MN № ******* saylı inzibati təbeh haqqında qərarın xitamı barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsasız olduğundan təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE 06886641 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4-10.12.1957ci ildə Bərdə rayonu, Yenidaşkənd kəndində doğulmuş, həmin ünvanda da qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun 10.02.2021-ci il tarixli, MN № ******* saylı protokolla Tərtər rayonu, Sarıcalı kənd ərazisində “SOCCER” yanacaq doldurma məntəqəsinin həyətində 1 (bir) ədəd tut cinsinə mənsub ağacın Dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan budamasına görə X4 İXM-nin 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində MN № ******* saylı, 29.03.2021-ci tarixli inzibati tənbeh vermə haqqında qərarla 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati xəta haqqında 10.02.2021-ci il tarixli, MN № ******* saylı protokolu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 29.03.2021-ci tarixli qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X4 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 29.03.2021-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İXM-in 275.1.1-ci maddəsinə əsasən, dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, X1 rayonu, Sarıcalı kənd ərazisində “SOCCER” yanacaq doldurma məntəqəsinin həyətində 1 (bir) ədəd tut cinsinə mənsub ağacın Dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan budamışdır. Bununla da o, İXM-in 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə X3 budadığı ağacın bitdiyi torpaq onun xüsusi mülkiyyətində deyil. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X4 şəxsi mülkiyyətində olmayan torpaq sahəsində bitən tut cinsinə mənsub ağacı Dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan budamaqla o, İXM-in 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.Belə olan halda X5 təqsirsiz olması barədə fikirlər əsassızdır. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 29.03.2021-ci tarixli qərarı qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Ərizə (şikayət) təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar