Məhkəmə qərarları › İş №3(021)-1374/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1374/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1374/2021 15.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, şikayətçi (barəsində inzibati qərar çıxarılmış şəxs) X2 iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Ekologiya YPX inspektoru tərəfindən İXP ******* nömrəli, 26.10.2021-ci il tarixli qərardan şikayətçi (barəsində inzibati qərar çıxarılmış şəxs) X4 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati qərar çıxarılmış şəxs X4 məhkəməyə şikayət verərək Ekologiya YPXnin inspektorunun İXP ******* nömrəli, 26.10.2021-ci il tarixli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barəqə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ekologiya YPX-nin aməkdaşları tərəfindən onun barəmdə qanunsuz yol pozuntusu aşkar edilməsi haqq;nda 26 oktyabr 2021-ci il taixli, İXP № ******* saylı qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə fiziki şaxs qismində 50 manat məbləğində cərimə edilmişdir.Qarardan narazıdır, aşağıda sadalanan əsaslara görə hesab edir ki, hazır ki, iş üzrə olan Ekologiya YPX-nin 26 oktyabr 2021-ci il taixli, İXP № ******* saylı qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. O Bərdə rayonu, Xəsilli kəndində yaşayır, özümə məxsus olan **-VC-*** dövlət qeydiyyat nişanlı, “FORD TRANSİT” yük avtomobili ilə Bakı şəhəri Xırdalan dairəsi adlanan ərazidən Bərdə istiqamətinə gələrkən onun maşınına 50 manat məbləğində cərimə yazılmışdır. Göndərilən protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Macallasinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barəda maktub göndərilmişdir. Protokoldan narazıyam, aşağıda sadalanan əsaslara görǝ hesab edir ki, hazırkı, iş üzrə olan Ekologiya YPX-nin inzibati xəta haqqında iş üzrə 26 oktyabr 2021-ci il tarixli İXP N ******* saylı qərarı ləğy edilərək iş üzrə icraata xitam verilməlidir. Bu tamamilə qanunsuz akt və protokol olmaqla onun hüquqlarını və qanunla qorunan manafeyimin pozulmasına səbab olmuş əməldir. Qeyd etdiyi kimi mən həmin istiqamətdə heç bir qayda pozuntusuna yol verməmişdir. Bu qayda pozuntusu barədə qarşı tərəfin heç bir dəlil-sübutu yoxdur. Nə bir foto, nə də bir videosujet sübut kimi göstərilməmişdir.Bütün bunlara baxmayaraq Ekologiya YPX-nin aməkdaşları sanki ondan qisas alırmış kimi ona belə cərima hesablayırlar, heç bir qayda pozuntusu etməyi faktı aşkar edilmədiyi halda öz hakimiyatlələrindən istifadə edərək barəsində qanunsuz akt və protokol tərtib edib, qərar qəbul edərək onu 50 manat cərimə etmişlər.Odur ki, məhkəmədən Ekologiya YPX-nin aməkdaşları tərəfindən tərtib edilmiş 26.10.2021-ci il tarixli, İXP № ******* saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati qərar çıxarılmış şəxs) X4 şikayət ərizəsində göstərilənlərə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə AZ.Res. DİN-nin BDYPİ-nə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, protokolu tərtib etmiş orqan nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmiş, şikayətə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini dinləyib, şikayət və şikayətin dəlillərini iş materiallarla əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Ekologiya YPX inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 26.10.2021-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, post 712, 10:29 Xırdalan dairəsində **-VC- *** d.q.n.n-lı “FORD TRANSİT” yük markalı, avtomobillə İXM-in 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X4 özünə məxsus “FORD TRANSİT” yük markalı, **-VC-*** d.q.n.n-lı avtomobillə İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4 məhkəməyə şikayət verərək, Ekologiya YPX-nin aməkdaşları tərəfindən tərtib edilmiş 26.10.2021-ci il tarixli, İXP № ******* saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə məhkəmə aktının çıxarılmasını xahiş etsə də həmin qərar şikayətə əlavə edilməmişdir. Bundan başqa məhkəmə iclasında iştirak edən şikayətçi (barəsində inzibati qərar çıxarılmış şəxs) X4 26.10.2021-ci il tarixli, İXP № ******* saylı protokol əsasında çıxarılmış qərarı məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, Ekologiya YPX inspektoru, polis baş serjantı X3 tərəfindən 26.10.2021-ci il tarixdə İXP ******* saylı protokolda X4 26.10.2021-ci il tarixdə idarə etdiyi “FORD TRANSİT” yük markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobillə İXM-in 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. Şikayətin məzmunundan görünür ki, şikayətçi X4 özünün idarə etdiyi “FORD TRANSİT” yük markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobillə pozuntu törətmədiyi halda barəsində İXM-nin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar