Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1376/2021 05.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X4, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Bərdə rayonunda doğulmuş, işsiz, evli, Bərdə rayonu, Hüseynalılar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 sentyabr 2021-ci il tarixdə Hüseynalılar kəndində həmkəndlisi X1 təhqir etmişdir. Məhkəmə iclasında Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X7 izahatında göstərdi ki, Şəxs 27 sentyabr 2021-ci il tarixdə Hüseynalılar kəndində həmkəndlisi X2 təhqir etmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, onu təhqir ediblər, evində yaşamağa imkan vermirlər. Onun yolunu kəsiblər, kanalı doldurublar, atasından qalan torpağı alıblar. O heç kimi təhqir etməmişdir. Ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X5 bildirdi ki, barəsində icraat aparılan Şəxs X10 ilə münaqişə əvvəldən olub. İnzibati xəta tərkibi yoxdur. Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər mövcud deyildir. Odur ki başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X7 tərəfindən tərtib edilmiş protokol əsassızdır. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokol səthi olaraq tərtib edilmiş inzibati xəta hqqında protokol səthi tərtib edilmiş və heç bir şahid izahatı alınmamışdır. Bundan başqa Şəxs hüquq və vəzifələrin izah edilməsi barədə protokolda, eləcə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda protokolu tərtib etmiş vəzifəli şəxsin adı, soyadı və ata qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi təsbit edilmişdir. Lakin inzibati xəta haqqında iş üzrə materialdan hansı ictimai qaydanın pozulması və eləcə də digər qərəzli hərəkətlərin nədə ifadə olunması müəyyən olunmur. Beləliklə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hər hansısa bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər mövcud deyildir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1376/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1376/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver