Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1382/2022 03.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 və nümayəndəsi və vəkili X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarından şikayətçi X4 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarı ilə X10 Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsi ilə təqsirli bilinib, 2200 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X10 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 təbii sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 2021-ci ildə 9 saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin əməkdaşları Bərdə rayon şəhər bələdiyyəsinin 20 aprel 2021-ci il tarixli məktubuna əsasən, Bərdə rayon Üzeyir Hacıbəyov küçəsində yerləşən X3 (həyat yoldaşı) məxsus mağaza binasının arxasında yerləşən 1 ədəd təhlükəli vəziyyətdə olan ağacın kəsilib götürülməsi ilə bağlı baxış keçirilməsinə dair tərtib etdikləri 30 aprel 2021-ci il tarixli akta idarə əməkdaşları özləri qeyd etmişdir ki, bəhsi gedən ağac 75-80% qurumuş vəziyyətdədir və 90 dərəcə əyilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsi 24 avqust 2022-ci ildə barəsində İXM-nin 253.3.1-ci maddəsi ilə cərimə tənbehi barədə qərar qəbul edərək onu 2200 manat cərimələmişdir. Həmin inzibati qərarında qeyd edilir ki, guya ağac onun tərəfindən məhv edilmişdir. 9 saylı X15 Təbii Sərvətlər İdarəsi hansı sübutlar əsasında (AR İXM-nin 76.1-ci maddəsi) müəyyən etmişdir ki, həmin ağac onun tərəfimdən məhv edilmişdir? Bu faktı təsdiq edən hansı şahid ifadələri vardır? 2021-ci il tarixdə, yəni bir il əvvəl 30 aprel tarixində akt tərtib edərək, həmin aktda bəhs olan ağacın 75-80% qurduğunu və 90 dərəcə əyildiyini aydın qeyd etmiş və fotoşəkillər əldə etmiş regional idarə həmin ağacın qurumuş 75-80% hissəsinin bir il ərzində yenidən canlanamsına dair hansı faktlara istinad edərək ona qarşı AR İXM-nin 253.3.1-ci maddəsi ilə qərar qəbul edir? 9 saylı X15 Təbii Sərvətlər İdarəsi həm bir il əvvəl akt tərtib edərək ağacın qurduğunu, 90 dərəcə ǝyildiyini rəsmiləşdirir, bir il sonra isə həmin ağacın məhvi ilə bağlı qərar qəbul edir. Axı bir il əvvəl Bərdə şəhər bələdiyyəsinin 9 saylı regional idarəyə təqdim etdiyi 20 aprel 2021-ci il tarixli məktubunda açıq yazılmışdır ki, ağac təhlükəli vəziyyətdədir. Bununla yanaşı ağacın 75- 80% qurmasına və 90 dərəcə əyilməsinə dair 30 aprel 2021-ci il tarixli 361 saylı mütəxəssis rəyi vardır. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X10 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək bildirdi ki, mübahisə obyekti olan ağac onun tərəfidən kəsilməmişdir. Ağacın altında olan dirəyi də o götürməməmişdir. Həmin ağac istifadəsində olan obyektin arxasında olduğundan izahatı alınmışdır. Barəsində qəbul edilmiş MN № ******* saylı, 28 fevral 2022-ci tarixli qərar ədalətsiz, qərəzli və qeyri-obyektiv olduğu üçün məhkəmədən onun icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X12 göstərdi ki, nazirlik tərəfindən idarələrində yoxlama keçirilən zaman onlar tərəfindən həmin ağaca baxış keçirilmiş və ağacın yeində olmadığı,orada tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Həmin yerdə tikinti işləri Məftun tərəfindən apardığından ondan izahat alınmışdır. Hesab edir ki, X4 şikayəti əsassızdır və qərar ləğv edilməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 təbii sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1985-ci ildə Bərdə şəhərində andan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 təbii sərvətlər idarəsinin məsləhətçi müfəttişi X9 inzibati xəta haqqında MN № ******* saylı, xx.xx.2022-ci tarixli protokolun surətindən görünür ki, X1 şəhər Ü.Hacıbyov küçəsində yerləşən X5 məxsus obyektin arxa hissəsində olan 1 ədəd dimetri 38 sm olan, bioloji inkişafda olan ağacı məhv etməsi faktına görə İXM-nin 253.3.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 təbii sərvətlər idarəsinin rəisi X7 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarın surətindən görünür ki, X1 şəhər Ü.Hacıbyov küçəsində yerləşən X5 məxsus obyektin arxa hissəsində olan 1 ədəd dimetri 38 sm olan, bioloji inkişafda olan ağacı məhv etdiyi üçün İXM-nin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 2200 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İşdə olan X8 tərəfindən Bərdə rayon Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilova verdiyi ərizədən görünür ki, Bərdə şəhər Ü.Hacıbəyov küçəsində istifadəsində olan obyektin arxasında olan 1 ədəd təhlükəli vəziyyətdə olan ağacın kəsilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Bərdə rayon Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov tərəfindən 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin rəsisi Elnur Cəlilova ünvanladığı xx.xx.2021-ci il tarixli, 49 saylı məktubdan görünür ki, Bərdə şəhər Ü.Hacıbəyov küçəsində X3 məxsus olan obyektin arxasında olan 1 ədəd ağacın müayinə edilməsinə və müvafiq ekspertiza rəyini verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 253.3.1-ci maddəsinə əsasən, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Məhkəmə tərəflərin ifadələrinə əsaslanaraq qeyd edir ki, ağacın X10 tərəfindən kəsilməsi müəyyən olunmur. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X12 bildirmişdir ki, hadisə yerinə onlar tərəfindən deyil, nazirliyin əməkdaşları tərəfindən baxış keçirilərkən ağacın yeində olmadığı,orada tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Həmin yerdə tikinti işləri Məftun tərəfindən apardığından ondan izahat alınmışdır. Şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X10 isə ifadəsində həmin ağacın onun tərəfində kəsilmədiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, mübahisələndirilən ağacın X10 tərəfindən kəsilməsi sübut olunmur. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, X4 təqsiri sübuta yetmədiyindən o, təqsirsiz hesab edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X15 təbii sərvətlər idarəsinin rəisi əvəzi X7 inzibati tənbeh vermə haqqında 28 fevral 2022-ci tarixli, MN № ******* saylı qərarı ləğv edilsin. X4 barəsində İXM-in 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1382/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1382/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver