Məhkəmə qərarları › İş №3(021)-1382/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1382/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1382/2025 08.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, mülki iş üzrə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri Həzi Aslanov küçəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(008)-3713/2024 saylı icra sənədi üzrə borclu Şəxs tələbkara cəmi 6300 manat məbləğində borcu yaranmış, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-nə 8384 manat pul ödəməlidir. Borcundan hissə-hissə, yəni hər ay 200 manat olmaqla, 2000 manatdan artıq pul ödəmişdir. Hazırda tələbkara 6300 manat məbləğində borcu qalmışdır. Borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Hər ay borcundan 200 manat ödəyə bilər. Himayəsində 3 azyaşlı övladı var. Barəsində inzibati qaydada tədbir görülərkən göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında mülki iş üzrə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 göstərdi ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 8384 manat mə bləğində pul alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Borclu Şəxs borcundan bir hissəsini ödəmiş, 6300 manat borcunu isə hazırki vaxtadək ödəməmişdir. Borcun tam şəkildə ödənilməsini tələb edir. Əks halda borclu Şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(008)- 3713/2024 saylı icra sənədinə əsasən borclu Şəxs 8384 manat məbləğində vəsait alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Borclu Şəxs borclu olduğu puldan bir hissəsini ödəmiş, 6300 manat məbləğində borcu qalmışdır. Borclunun üzərinə həbs qoyulacaq əmlakları aşkar edilməmişdir. İş materiallarında olan: Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(008)-3713/2024 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK AİR 15 kompüter üçün 3981,93 (üç min doqquz yüz səksən bir manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 491.47 (dörd yüz doxsan bir manat, qırx yeddi qəpik) manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu, PS5 CHARGE üçün, 1020 (min iyirmi) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********28984 SAMSUNG GALAXY S22 marka üçün 784.35 (yeddi yüz səksən dörd manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 234.05 (iki yüz otuz dörd manat, beş qəpik) manat dəbbə, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********50445 İPHONE 13 PRO MAX MARKALİ TELEFON üçün 654.93 (altı yüz əlli dörd manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 196.07 (yüz doxsan altı manat, yeddi qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********57501 İPHONE 11 markalı telefon üçün 374.30 (üç yüz yetmiş dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 111.90 (yüz on bir manat, doxsan qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********09787 SAMSUNG GALAXY TAB S7 markalı telefon üçün 222.16 (iki yüz iyirmi iki manat, on altı qəpik) manat ödənilməmiş hissə, 66.84 (altmış altı manat, səksən dörd qəpik) manat dəbbə borcu, cəmi 8384 (səkkiz min üç yüz səksən dörd) manat borc və 103.84 (yüz üç manat, səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, mülki iş üzrə tələbkarın nümayəndəsinin və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 08 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(008)-3713/2024 saylı qətnaməsinə əsasən Şəxs 8384 manat məbləğində pul alınaraq "xxxx" MMC-nə ödənilməli olduğu halda, borclu borcundan bir qismini ödəmiş, 6300 manat məbləğində borcunu ödəməmiş, icra sənədləri üzrə ödənilməmiş qalan cəmi 6300 (altı min üç yüz) manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Məhkəmə iclasında Şəxs tələbkara olan borcunu ödəməkdən boyun qaçırmadığını, hər ay borcundan 200 manat ödədiyini, bundan sonra da mütəmadi olaraq hər ay 200 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd edilənləri, o cümlədən, Şəxs qadın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədləri üzrə borcunu hissə-hissə ödəyəcəyinə söz verməsini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar