Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1383/2023 31.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1 Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 206-cı maddəsi ilə tərtib edilmiş 31 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib Müəyyənetdim: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş 31 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 avqust 2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, protokol Azərbaycan Respublikasının İXM-nin 100.1.3, 100.1.4, 100.1.7, 100.3, 100.4-cü maddələrinin tələbləri pozulmaqla tərtib edilmiş, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vətəndaşın fərdi idenfitikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer göstərilməmiş, inzibati xətanın mahiyyəti oxunması mümkün olmayan dərəcədə primitiv vəziyyətdə yazılmış, inzibati xəta törətmiş şəxsin izahatı protokolda göstərilməmiş, inzibati xəta haqqında protokolda müayinənin aparılmasında istifadə edilmiş xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmiş, inzibati xəta haqqınsa materiala tibbi müayinə protokolu əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin: 100.1-ci maddəsinə görə, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi idenfitikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları. 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar. Bundan başqa inzibati xəta haqqında protokola əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İXM-nin 101.2-ci maddəsinə görə, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Göründüyü kimi, Şəxs barəsində “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar 12 avqust 2023-cü il tarixdə qəbul edilsə də, Bərdə RPŞ-nin İTB-də heç bir inzibati araşdırma aparılmadığı halda inzibati xəta haqqında protokol İXM-nin 101.2-ci maddəsinin tələbləri pozulmaqla 19 gün sonra, yəni 31 avqust 2023-cü il tarixdə tərtib edilmişdir. İXM-nin 102.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. İnzibati xəta haqqında material baxılmağa hazırlanarkən müəyyən edildi ki, inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında material Bərdə Rayon Polis Şöbəsi tərəfindən kobud pozuntularla tərtib edilmişdir, ona görə də həmin material İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə geri qaytarılmalıdır. İXM-nin 109.1 və 109.1.6-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında tərtib olunmuş protokol natamam olduğundan və bu natamamlığı tamamlamaq mümkün olmadığından protokol və əlavə olunmuş materiallar Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutub, Qərarverdim: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan 31 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallar Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. X5
Məhkəmə qərarları › İş №3(021)-1383/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1383/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver