Məhkəmə qərarları › İş №3(021)-1384/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1384/2021

11.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1384/2021 11.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, zərəçəkmiş şəxslər X5 və Abdullayev Bəhram Alı oğlunun , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1993-cü ildə Bərdə rayonu Arabaçılar kəndində аnаdаn оlmuş, Bərdə rayonu Arabaçılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 3(021)-1384/2021, 3(021)-1385/2021, 3(021)- 1386/2021 saylı inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.10.2021-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində yaşadığı evin həyətindən 1 ədəd “Markus” markalı su matoru oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22.10.2021-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində X10 oğluna məxsus sahədən 1 ədəd mis qazan oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09.11.2021-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində yaşadığı evin həyətindən həmkəndlisi X6 məxsus 1 ədəd “Marqus” markalı su matoru oğurlamışdır. Bərdə rayon Məhkəməsinin 3(021)1384/2021 saylı, 11.11.2021- ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1384/2021, 3(021)-1385/2021, 3(021)-1386/2021 saylı inzibati işlər bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X7 izahatında bildirdi ki, Şəxs 25.10.2021-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində yaşadığı evin həyətindən 1 ədəd “Markus” markalı su matoru, 22.10.2021-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində X10 oğluna məxsus sahədən 1 ədəd mis qazan və 09.11.2021-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində yaşadığı evin həyətindən həmkəndlisi X6 məxsus 1 ədəd “Marqus” markalı su matoru oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 25.10.2021-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində yaşadığı evin həyətindən 1 ədəd “Markus” markalı su matoru, 22.10.2021-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində X10 oğluna məxsus sahədən 1 ədəd mis qazan və 09.11.2021-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində yaşadığı evin həyətindən həmkəndlisi X6 məxsus 1 ədəd “Marqus” markalı su matoru oğurlamışdır. Dəymiş ziyanı ödəyə bilmədiyini qeyd edərək, tutduğu əməllərdən peşmançılıq hissi keçirdiyini bildirdi. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 02 noyabr 2021-ci il tarixli, 09.11.2021-ci tarixli və 03.11.2021-ci tarixli qərarlardan görünür ki, Şəxs barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokollar, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 02 (iki) ay inzibati tənbeh- həbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs İXM-in 227-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 02 (iki) ay müddətinə inzibаti tənbeh- həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 noyabr 2021-ci il tаrixdən, saat 20:50–dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar