Məhkəmə qərarları › İş №3(021)-1385/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1385/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1385/2022 10.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayonu X7 Yol Polis bölməsinin yol patrul xitmətinin inspektoru, polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakları ilə, 02 yanvar 1961-ci il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, işləməyən, evli, Bərdə rayonu, Lək kəndində yaşayan X1 Bərdə rayon Yol Patrul Xidmətinin polis baş serjantı X3 18 oktyabr 2022-ci il tarixdə EQ 11799885 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə X1 barəsində olan inzibati xəta haqqında 18 oktyabr 2022-ci il tarixdə EQ 11799885 saylı qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X4 Daxili İşlər Nazirliyinin Bakı Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 18 oktyabr 2022-ci il tarixli qərarına əsasən 18 oktyabr 2022-ci il tarixdə saat 21:46:05 radələrində “Ford Transit 100 X11” markalı, **-BT-*** Dövlət nömrə nişanlı avtomaşını Bərdə şəhəri, H.Əliyev prospekti ilə idarə edərkən təhlükəsizlik kəmərini bağlamamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilmişdir. X5 barəsində tərtib edilən EQ 11799885 saylı inzibati xəta qərarla razılaşmiyaraq qərarın əsaslı olmadığını bildirmişdir. Belə ki, qərarda göstərilən saatda və vaxtda o unvanda olmadığını və videogörüntü tələb etdiyi halda ona heç bir videogörüntü təqdim edilmədiyini bildirmişdir. Həmin qərar əsassız olduğundan onun ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 şikayətin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq videogörüntüdəki çəkilişin gündüz zamanı çəkilib, lakin görüntüdə göstərilən vaxt 21:46 olmasını əsas gətirərək mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə rayonu X7 Yol Polis bölməsinin yol patrul xitmətinin inspektoru, polis baş serjantı X6 məhkəməyə video görüntü təqdim edərək izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 təhlükəsizlik kəmərindən istifadə etməmiş və buna görədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinmişdir. əlavə olaraq bildirdi ki, çəkiliş gündüz vaxtı aparıla bilər. ümumiyyətlə bütün qayda pozuntarı toplanılır və daha sonra növbə ilə hissə hissə bazaya yerləşdirilir. Tərtib edilmiş qərar qanunidir. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştiraçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.2-ci maddəsinə əsasən təhlükəsizlik kəmərindən istifadə qaydalarını pozmağa görə qırx manat məbləğində cərimə edilir. Qeyd edilən ünvanda X5 hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etməmişdir və həmin inzibati xəta pozuntusu dövlət yol polis şöbəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş video görüntüdə öz əksini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi X1 Daxili İşlər Nazirliyinin Bakı Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 18 oktyabr 2022-ci il tarixli EQ 11799885 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Daxili İşlər Nazirliyinin Bakı Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 18 oktyabr 2022-ci il tarixli EQ 11799885 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar