Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1385/2023 31.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bərdə rayon Mirzəxan kəndində anadan olmuş, Bərdə rayon Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 31 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, Şəxs Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-756/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2800 AZN, Bərdə rayon Məhkəməsinin 2(021)-3480/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2374 AZN, Bərdə rayon Məhkəməsinin 2(021)-922/2023 saylı xx.xx.2023-ci il tarixli icra sənədi üzrə 2799 AZN, Bərdə rayon Məhkəməsinin 2(021)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 5040 AZN, Bərdə rayon Məhkəməsinin 2(021)-3401/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2008 AZN, xx.xx.2022-ci il tarixli İcra qeydi üzrə 1033 AZN borcu vardır. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri edilmişdir. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda da ödəniş etməyə imkanı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 31 avqust 2023-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-756/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2800 AZN, Bərdə rayon Məhkəməsinin 2(021)- 3480/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2374 AZN, Bərdə rayon Məhkəməsinin 2(021)-922/2023 saylı xx.xx.2023-ci il tarixli icra sənədi üzrə 2799 AZN , Bərdə rayon Məhkəməsinin 2(021)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 5040 AZN, Bərdə rayon Məhkəməsinin 2(021)-3401/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2008 AZN, xx.xx.2022-ci il tarixli İcra qeydi üzrə 1033 AZN borcu yaranmışdır. İcra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədlərini icra etməmişdir. İşdə olan Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)2410/2022 saylı İcra vərəqəsindən görünür ki, Şəxs 2843,95 (iki min səkkiz yüz qırx üç manat doxsan beş qəpik) manat əsas borcu və 57,48 (əlli yeddi manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2901,43 (iki min doqquz yüz bir manat qırx üç qəpik) manat borcu və 52,01 (əlli iki manat bir qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı X5 Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli Bildirişdən görünür ki, borclu Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)2410/2022 saylı icra sənədi üzrə xəbərdar edilmiş və borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli Xəbərdarlıqlardan görünür ki, borclu Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)2410/2022 saylı saylı icra sənədi üzrə borcunu ödəməməsinin nəticələri barədə xəbərdar edilmişdir. İşdə olan Bərdə rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 1988 (bir min doqquz yüz səksən səkkiz) manat borcun və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 2008 (iki min səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli məhkəmə əmri üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Bildirişdən görünür ki, borclu Şəxs Bərdə rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli məhkəmə əmri üzrə xəbərdar edilmiş və borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(021)- 922/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 26 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən 1880 manat (əsas borc-1876.8 manat, cərimə borcu-3.2 manat), 14 may 2019-cu il tarixli müqaviləyə əsasən 572 manat (əsas borc-568.4 manat, cərimə borcu-3.6 manat), 09 aprel 2019-cu il tarixli müqaviləyə əsasən 347 manat (əsas borc- 343.5 manat, cərimə borcu- 3.5 manat) olmaqla, cəmi 2799 (iki min yeddi yüz doxsan doqquz) manat borc ve 50.67 (əlli manat altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı <<ABC TELEKOM» MMC-yə ödənilməlidir. İşə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 07 fevral 2023-cü il tarixli, 2(021)-922/2023 saylı icra sənədi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İşdə olan 21 may 2022-ci il tarixli İcra qeydindən görünür ki, Şəxs 1033.29 manat məbləğində vəsait "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İşə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 21 may 2022-ci il tarixli İcra qeydi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 07 fevral 2022-cü il tarixli, 2(021)- 471/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4970,34 manat borc və 70 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin 07 fevral 2022-cü il tarixli, 2(021)-471/2022 saylı İcra sənədi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İşdə olan Bərdə rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(021)3480/2021 saylı İcra vərəqəsindən görünür ki, Şəxs 2344,85 manat borc və 30 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(021)3480/2021 saylı İcra sənədi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(104)-756/2023 saylı İcra sənədindən görünür ki, Şəxs 2800 manat məbləğində borc alınaraq X1 ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, borclu Şəxs Gəncə Apelyasiya Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(104)-756/2023 saylı məhkəmə əmri üzrə xəbərdar edilmiş və borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-756/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi, Bərdə rayon Məhkəməsinin 2(021)-3480/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədi üzrə, Bərdə rayon Məhkəməsinin 2(021)-922/2023 saylı xx.xx.2023-ci il tarixli icra sənədi üzrə, Bərdə rayon Məhkəməsinin 2(021)-471/2022 saylı,xx.xx.2022-ci il tarixli icra sənədi üzrə, Bərdə rayon Məhkəməsinin 2(021)-3401/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə, xx.xx.2022ci il tarixli İcra qeydi üzrə tələbkarlara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədlərini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, borclu kifayət qədər müddət keçməsinə baxmayaraq, borc ödənməmişdir. Bu da onun icra sənədlərinin icrasından qəsdən yayındığını sübut edir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarı) Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 31 avqust 2023-cü il tarixdən, saat 18:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1385/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1385/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver