Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1387/2023 01.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 22 avqust 1976-ci il tarixdə Bərdə rayonu Kürdborakı kəndində doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonu Kürdborakı kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 avqust 2023-cü il tarixdə Bərdə rayonu Kürdboraki kəndində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis leytenantı X3 izahatında bildirdi ki, Şəxs 05 avqust 2023-cü il tarixdə Bərdə rayonu Kürdboraki kəndində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə təhqiqat bölməsində araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, 05 avqust 2023-cü il tarixdə yaşadığı Bərdə rayonu Kürdborakı kəndində olan zaman tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq onu Bərdə rayon polis şöbəsinə dəvət etmişdirlər. O, heç bir etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları ona onun narkotik vasitədən istifadə etməsi barədə məlumatları olduğunu bildirmişdirlər. Daha sonra ondan narkotik vasitələrdən sonuncu dəfə nə vaxt istifadə etməsini soruşmuşdurlar. O, narkotik vasitədən sonuncu dəfə 04 avqust 2023-cüil tarixdə istifadə etdiyini demişdir. Bundan sonra polis əməkdaşları onu narkotest etdikdən sonra sidikdən narkotik istifadə etməsinə dair analiz nəticəsi pozetiv çıxmışdır. O, taksi sürücüsüdür. 04 avqust 2023-cü il tarixdə avtomaşınının içərisini təmizləyən zaman kibrit qutusunun içərisində qurudulmuş marixuana görmüş və onda maraq kəsb etdiyi üçün özü üçün hazırlayaraq tək başına çəkmişdir. O, əvvəllər narkotik vasitə istifadə etməmiş, buna görə də narkotik vasitəni haradansada əldə etməmiş, 04 avqust 2023-cü il tarixdə avtomobilində tapdığına görə çəkib istifadə etmişdir. Əməlindən çox peşmandır. Məhkəmədən barəsində yüngül tənbehin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 12 avqust 2023-cü il tarixli HK-1-3214 saylı cinayət işinin rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində cinayət işi başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Bərdə rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin "Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin 752 saylı 05 avqust 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, Şəxs sidik nümunəsindən “marixuana müsbət” aşkar edilmişdir. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin, barəsində inzibati icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 31 avqust 2023-cü il tarixli MN ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs əməlindən səmimi peşman olmasını nəzərə almaqla ona inzibati cərimə tənbeh tədbirini tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 360,362-365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1387/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1387/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver