Məhkəmə qərarları › İş №3(021)-1388/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1388/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1388/2022 26.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X1 , Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə rayon məhkəməsinin 3(021)-1101/22 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 240 saat ictimai işlər tənbehi tətbiq edilmiş, lakin o, ictimai işi çəkmədən yayınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xəstəliyi ilə əlaqədar işə getməmişdir. Əməlindən peşimandır, bu hallara yol verməyəcəkdir. Məhkəmə iclasında iştirak edən Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 qanuni qrar qəbul olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində İXM-in 529.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş protokol əsassız olmaqla yanaşı natamamdır və protokolun əsaslılığını təsdiq edən sənədlər inzibati materiala əlavə edilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 529.4-cü maddəsi ilə olan inzibаti prоtоkоl nаtаmаm оlduğundаn və tələbkarın ərizəsinə əsasən inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Bərdə rayon icra və probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, QƏRARAALDİ: Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Bərdə rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar