Məhkəmə qərarları › İş №3(021)-139/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-139/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-139/2024 27.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, X1 iştirakı ilə, Bərdə rayon Məhkəməsinin 3(021)541/2014 nömrəli 31 iyul 2014-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət vermə müddətin bərpa edilməsinə dair ərizəsinə və şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon Məhkəməsinin 3(021)541/2014 nömrəli 31 iyul 2014-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikasının İXM-nin 313-2.2-ci maddəsi ilə təqsirli bilinərək onun 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. X3 şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli BYP 772993 nömrəli inzibati protokola əsasən İXM-nin 313.2.2 maddəsində nəzərdə tutulmuş İXM- 152.1.1 maddəsi ilə nəzərdə tutulmuş 300 manat cərimə edilmə haqqında inzibati işə xitam verilməsini, İXM-nın 313.2.2-ci maddəsi ilə haqqında çıxarılmış 31 iyul 2014-cü il tarixli 3(021)-541/2014-cü il nömrəli məhkəmə qərarının icrasının başa çatmasından 8 (səkkiz) il 7 (yeddi) ay keçməsini nəzərə alaraq xitam verilməsini və sürücülük vəsiqəsinin verilməsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, şikayətçi X3 məhkəməyə müddətin bərpasına dair ərizə ilə müraciət edərək göstərmişdir ki, istifadəsində olan VAZ 21074 minik markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilinə xx.xx.2014-cü il tarixində DYPX- tərəfindən Bərdə rayon ərazisində onun məlumatı olamadan haqqında İXM- nın 313.2.2 madddəsi ilə inzibati cəza protokolu tərtib olunmuş və tərtib olunmuş protokol barədə ona poçt və ya telefonlada olsun hərhansı bir məlumat verilməmişdir. Tərtib olunmuş BYP-772993 nömrəli xx.xx.2014-cü il tarixli Protokoldanda iştirakının olmadığını və məlumatının olmadığı açıq-aydın mənim görünməkdədir. Protokolu tərtib edən məsul şəxsin imza bölməsində Bərdə rayon ifaddəsi isə protokolun qanunsuzluğunu açıq şəkildə təsdiq edir. Həmin protokol əsasında 31 iyun 2014-cü il tarixində isə Bərdə rayon məhkəməsində yenə onun məlumatı və iştirakı olmadan haqqında İXM-nın 313.2.2-ci maddəsində nəzərdə tutan inzibati sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsinin idarə etmə hüququnun (6) altı ay müddətində məhdudlaşdırılması barədə qərar çıxarılmışdır. Yuxarıda qeyd olunan protokol və məhkəmə qərarlarının varlığı barədə məlumatı ona ASAN Xidmətin Bərdə rayon Mərkəzinddə Nəqliyyat vasitəsininin etibarnaməsinin müddətinin uzadılması üçün müraciəti zamanı bildirilmişdir. Bunu aydınlaşdırmaq üçün Bərdə rayon DYP-yə müraciət edərək həmin protokolun və məhkəmə qərarının nüsxəsini almışdır. Prosessual müddətlərin bərpasının təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında bildirdi ki, ərizəsinin təmin olunmasını xahiş etdi . Azərbaycan Respublikası Baş X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə müddətin bərpasına dair ərizəni, şikayəti və işdə olan materialları nəzərədən keçirib hesab edir ki, müddətin bərpasına dair ərizə təmin edilməməli, şikayət onu verən şəxsə geri qaytarılmalıdır. Belə ki, ərizə və şikayətə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 3(021)541/2014 nömrəli 31 iyul 2014-cü il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 313-2.2-ci maddəsi ilə təqsirli bilinərək onun 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Həmin qərardan İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, X3 həmin qərarından xəbəri olmuş, lakin heç bir üzürlü səbəb olmadan şikayət verməmiş və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə qeyd edir ki, şikayətçi öz iddialarını əsaslandıracaq heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, şikayətçi tərəfindən qeyd edilənlər ərizənin təmin olunmasına əsas ola bilməz. Bundan başqa, qərar qəbul edildiyi vaxdan hazırki dövrə kimi 9 ildən artıq müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, X3 tərəfindən şikayət vermə müddəti üzürsüz səbəbdən ötürdüyündən ərizə təmin oluna bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilməsi zamanı hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Bərdə rayon Məhkəməsinin 3(021)541/2014 nömrəli 31 iyul 2014-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət vermə müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Şikayət geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar