Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-139/2025 12.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, zərərçəkmiş şəxslər X5, X2 və X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən 12 mart 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 bildirdi ki, raporta qeyd olanları təsdiqləyir. Belə ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Ü.Hacıbəyov küçəsində Bərdə RPŞ-nin YPXB-nin inspektoru, polis baş serjantı Qalib Bayramov və Rəşad Hətəmov ilə xidmətdə olan zaman Hundai markalı ** DZ *** d.q.n-lı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq digər hərəkət iştirakcılarına mane olduğu tərəflərindən aşkar edilmişdir. Onlar həmin sürücüyə yaxınlaşaraq inzibati hüquq pozuntusunu izah edərək barəsində İXM 327.1-ci maddəsi ilə inzibati protokol tərtib olunacağını bildirmişdirlər. Həmin şəxs aqressiv formada onlarla yüksəsk səslə danışaraq bazar ərazisində ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və etmiş olduğu inzibati xətadan yayınmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişdirlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirdiyi üçün həmin şəxsi polis şöbəsinə dəvət etmişdirlər. Lakin həmin şəxs heç bir yerə getməyəcəyini, onlara hədə qorxu gəlmişdir. Onlar həmin şəxsi rayon polis şöbəsinə gətirən zaman o, polis əməkdaşlarına qarşı əl-qol hərəkələti etmiş, özünü nizamintizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İTB-dən daxil olmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, idarə etdiyi avtomobili avtomobilin hərəkət istiqamətində saxlamışdır. Polis əməkdaşları yaxınlaşaraq qayda pozuntusu törətdiyini və protokol yazılacağını bildirdilər. O, əvvəl elə başa düşmüşdür ki, ona qanunsuz protokol yazmaq istəyirlər. Buna görə də onları telefonla çəkməyə başlamışdır. Sonra polis əməkədaşları onun bu hərəkətlərinə görə onu polis şöbəsinə aparmaq istədikdə getmək istəməmişdir. Polis əməkdaşları onu məcburi olaraq avtomobilə mindirib apardılar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Ü.Hacıbəyov küçəsində Bərdə RPŞ-nin YPXB-nin inspektoru, polis baş serjantı Səbuhi Salmanov və Rəşad Hətəmov ilə xidmətdə olan zaman Hundai markalı ** DZ *** d.q.n-lı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq digər hərəkət iştirakçılarına mane olduğu tərəflərdən aşkar edilmişdir. Onlar həmin sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edərək barəsində İXM 327.1-ci maddəsi ilə inzibati protokol tərtib olunacağını bildirmişdirlər. Həmin şəxs aqressiv formada onlarlaa yüksək səslə danışaraq bazar ərazisində ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və etmiş olduğu inzibati xətadan yayınmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişdirlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq İctimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirdiyi üçün həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və həmin şəxsin özünü polis şöbəsinə dəvət etmişdirlər.. Lakin həmin şəxs heç bir yerə getməyəcəyini, onlara hədə qorxu gələrək onların barəsində tədbir görəcəyini bildirmişdir. Onlar həmin şəxsi rayon polis şöbəsinə gətirən zaman o, onlara qarşı əl-qol hərəkələti etmiş, özünü nizamintizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Lakin onlar həmin şəxsin polis şöbəsinə gətirilməsini təmin etmiş və polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur və həmin şəxslərin etmiş olduğu əməllər barəsində RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Ü.Hacıbəyov küçəsində Bərdə RPŞ-nin YPXB-nin inspektoru, polis baş serjantı Qalib Bayramov və Rəşad Hətəmov ilə xidmətdə olan zaman Hundai markalı ** DZ *** d.q.n-lı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq digər hərəkət iştirakcılarına mane olduğu tərəflərdən aşkar edilmişdir. Onlar həmin sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edərək barəsində İXM 327.1-ci maddəsi ilə inzibati protokol tərtib olunacağını bildirmişdirlər. Həmin şəxs aqressiv formada onlarlaa yüksək səslə danışaraq bazar ərazisində ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və etmiş olduğu inzibati xətadan yayınmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişdirlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq İctimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirdiyi üçün həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və həmin şəxsin özünü polis şöbəsinə dəvət etmişdirlər.. Lakin həmin şəxs heç bir yerə getməyəcəyini, onlara hədə qorxu gələrək onların barəsində tədbir görəcəyini bildirmişdir. Onlar həmin şəxsi rayon polis şöbəsinə gətirən zaman o, onlara qarşı əl-qol hərəkələti etmiş, özünü nizamintizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Lakin onlar həmin şəxsin polis şöbəsinə gətirilməsini təmin etmiş və polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur və həmin şəxslərin etmiş olduğu əməllər barəsində RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdirlər. . Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Ü.Hacıbəyov küçəsində Bərdə RPŞ-nin YPXB-nin inspektoru, polis baş serjantı Qalib Bayramov və Səbuhi Salmanov ilə xidmətdə olan zaman Hundai markalı ** DZ *** d.q.n-lı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq digər hərəkət iştirakcılarına mane olduğu tərəflərdən aşkar edilmişdir. Onlar həmin sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edərək barəsində İXM 327.1-ci maddəsi ilə inzibati protokol tərtib olunacağını bildirmişdirlər. Həmin şəxs aqressiv formada onlarlaa yüksək səslə danışaraq bazar ərazisində ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və etmiş olduğu inzibati xətadan yayınmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişdirlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq İctimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirdiyi üçün həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və həmin şəxsin özünü polis şöbəsinə dəvət etmişdirlər.. Lakin həmin şəxs heç bir yerə getməyəcəyini, onlara hədə qorxu gələrək onların barəsində tədbir görəcəyini bildirmişdir. Onlar həmin şəxsi rayon polis şöbəsinə gətirən zaman o, onlara qarşı əl-qol hərəkələti etmiş, özünü nizamintizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Lakin onlar həmin şəxsin polis şöbəsinə gətirilməsini təmin etmiş və polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur və həmin şəxslərin etmiş olduğu əməllər barəsində RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdirlər. . Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025ci il tarixdə Bərdə rayonu Ü.Hacıbəyov küçəsində Bərdə RPŞ-nin YPXB-nin inspektoru, polis baş serjantı Qalib Bayramov və Rəşad Hətəmov ilə xidmətdə olan zaman Hundai markalı ** DZ *** d.q.n-lı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq digər hərəkət iştirakcılarına mane olduğu tərəflərdən aşkar edilmişdir. Onlar həmin sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edərək barəsində İXM 327.1-ci maddəsi ilə inzibati protokol tərtib olunacağını bildirmişdirlər. Həmin şəxs aqressiv formada onlarlaa yüksək səslə danışaraq bazar ərazisində ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və etmiş olduğu inzibati xətadan yayınmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişdirlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq İctimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirdiyi üçün həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və həmin şəxsin özünü polis şöbəsinə dəvət etmişdirlər.. Lakin həmin şəxs heç bir yerə getməyəcəyini, onlara hədə qorxu gələrək onların barəsində tədbir görəcəyini bildirmişdir. Onlar həmin şəxsi rayon polis şöbəsinə gətirən zaman o, onlara qarşı əl-qol hərəkələti etmiş, özünü nizamintizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Lakin onlar həmin şəxsin polis şöbəsinə gətirilməsini təmin etmiş və polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, X10, X6 və X7 inizbati iş üzrə icraat material üzrə zərərçəkmiş şəxs qismində tanınmışdırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 13:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 12 mart 2025-ci il tarixli, MN №1933887 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarına qarşı nalayiq hərəkətlər edərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi . Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 11 mart 2025-cü il tаrixdən, saat 13:30–dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 11 mart 2025-cü il tаrixdən, saat 13:30–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-139/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-139/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver