Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1390/2023 05.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhman oğlunun və vəkili X1 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bərdə rayon Əmirli kəndində anadan olmuş, Bərdə rayon Əmirli kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Bəhman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs Bəhman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 05 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bərdə rayonu İmirli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə həmkəndlisi Şəxs Bəhman oğlu idarə etdiyi markasını bilmədiyi traktoru üzərinə idarə edərək, onu vurub xəsarət yetirməsi barədə müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Bəhman oğlu ilə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu İmirli kənd sakini Zərərçəkmiş şəxs arasında torpaq üstündə Bərdə rayonu İmirli kəndi ərazisində yerləşən Şəxs məxsus torpaq sahəsində mübahisə baş vermiş, mübahisə zamanı Şəxs idarə etdiyi "Belarus" markalı traktorla həmkəndlisi Zərərçəkmiş şəxs vurması öz təsdiqini tapmamışdır. Belə ki, materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA Birliyi"nin Bərdə rayon şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli 447 saylı ekspert rəyindən görünür ki, vət Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunann xəsarətlər traktorun qabaq sağ təkərinin vurması nəticəsində törənə bilməsi inkar olunur. Eyni zamanda Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diskə baxış zamanı Şəxs Bəhman oğlunun idarə etdiyi traktorla Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi müşahidə edilməmişdir. Lakin mübahisə zamanı Şəxs Bəhman oğlu təpiklə Zərərçəkmiş şəxs ayaq nahiyyəsinə zərbə vurmuş və sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs Bəhman oğlunun barəsində Azərbaycan Respublikası İXMin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. Buna görə də Şəxs Bəhman oğlu barəsində protokol tərtib etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bəhman oğlu bildirdi ki, barəsində tərtib olmuş protokol düzgün deyil. O, heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs mülki işi uduzduğundan ona qarşı böhtanlar edərək polis orqanına şikayətlər edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu İmirli kəndində yaşayır. Şəxs Bəhman oğlu onun həmkəndlisidir. Əvvəllər həmkəndli kimi münasibətləri yaxşı olmuşdur. 2013-cü ildən Bərdə rayonu ərazisində yerləşən ona məxsus torpaq sahəsinin üstündə aralarında narazılıq yaranmağa başlamış və hazırda da davam edir. 24 iyun 2022-ci il tarixdə saat 13 radələrində azyaşlı nəvəsi X4 ilə birlikdə Bərdə rayonu İmirli kəndində yerləşən özünə məxsus torpaq sahəsinə getmiş, həmin torpaq sahəsində həmkəndlisi Şəxs özünə məxsus markasını bilmədiyi, lakin qırmızı rəngli böyük traktorla ona məxsus torpaq sahəsinə arx çəkməyə başlayarkən o, traktorun qarşısında dayanmış, arx çəkməsinə icazə verməmiş, Şəxs idarə etdiyi traktorla onun üzərinə idarə edib traktorun qabaq sağ təkəri ilə onu vurmuş və o, yerə yıxılmışdır. Hazırda barışmamışlar. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Bəhman oğlunun İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs Bəhman oğlu törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN №1712036 nömrəli protokolda göstərilmişdir ki, Şəxs Bəhman oğlu 24 iyun 2023-cü il tarixdə Bərdə rayon Əmirli kəndi ərazisində şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Bərdə RPŞ TB-nin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş 08 avqust 2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Bərdə rayonu İmirli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə həmkəndlisi Şəxs Bəhman oğlu idarə etdiyi markasını bilmədiyi traktoru üzərinə idarə edərək, onu vurub xəsarət yetirməsi barədə müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Bəhman oğlu ilə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu İmirli kənd sakini Zərərçəkmiş şəxs arasında torpaq üstündə Bərdə rayonu İmirli kəndi ərazisində yerləşən Şəxs məxsus torpaq sahəsində mübahisə baş vermiş, mübahisə zamanı Şəxs idarə etdiyi "Belarus" markalı traktorla həmkəndlisi Zərərçəkmiş şəxs vurması öz təsdiqini tapmamışdır. Belə ki, materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA Birliyi"-nin Bərdə rayon şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli 447 saylı ekspert rəyindən görünür ki, vət Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunann xəsarətlər traktorun qabaq sağ təkərinin vurması nəticəsində törənə bilməsi inkar olunur. Eyni zamanda Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diskə baxış zamanı Şəxs Bəhman oğlunun idarə etdiyi traktorla Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi müşahidə edilməmişdir. Lakin mübahisə zamanı Şəxs Bəhman oğlu təpiklə Zərərçəkmiş şəxs ayaq nahiyyəsinə zərbə vurmuş və sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs Bəhman oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki, Səhiyyə Nazirliyinin "MTE və PA Birliyi"-nin Bərdə rayon şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli 447 saylı ekspert rəyindən görünür ki, vət Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunann xəsarətlər traktorun qabaq sağ təkərinin vurması nəticəsində törənə bilməsi inkar olunur. Eyni zamanda Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diske baxış zamanı Şəxs Bəhman oğlunun idarə etdiyi traktorla Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi müşahidə edilməmişdir. Lakin mübahisə zamanı Şəxs Bəhman oğlu təpiklə Zərərçəkmiş şəxs ayaq nahiyyəsinə zərbə vurmuş və sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bəhman oğlu 24 iyun 2023-cü il tarixdə Bərdə rayon Əmirli kəndi ərazisində şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından sübutlar qiymətləndirilərək barəsində 05 sentyabr 2023-cü il tarixə Bərdə RPŞ-də İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs Bəhman oğluna məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhman oğlunun əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs Bəhman oğlu İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Bəhman oğlu İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1390/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1390/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver