Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1391/2021 16.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 08.11.1978-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri, 26-lar küçəsindəünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Sadiq Həsənov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs Cəlilabad rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru M.Qasımzadə izahat verərək göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın saxlanması üçün hər ay 100 manat alınaraq tələbkar X4 qızına ödənilməlidir. borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Buna görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. O həmçinin bildirdi ki, borclu barəsində Ağdam ruhi əsab dispanseri tərəfindən verilmiş arayışa əsasən ona “oliqofreniya, debillik dərəcəsi” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə prosessində baş vermiş hallara dair münasibət bildirmək iqtidarında olmadı. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Cəlilabad rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs tələbkar X4 qızına 1600 manat aliment borcu yaranmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etmişdir ki, Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ruhi xəstə olmasını aşkar edilmiş, buna baxmayaraq heç bir səbə olmadan barəsində inzibati protokol tərtib edilmişdir. Lakin Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs borcunun təqüd alı alınmaması araşdırılmamış, həmin təqaüdə tutmanın yönəldilməsi müəyyən olunmamışdır. Yuxarıda qeyd olunan halları nəzərə alan məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cəzalanması üçün əsaslar yaranmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(021)-1391/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1391/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver