Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1394/2021 16.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X4 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tahir oğlunun, tələbkar X3 qızının iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə rayon Əyricə kəndində anadan olmuş, Bərdə rayon Əyricə kəndində yaşayan Şəxs Tahir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs Tahir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-4577/2017 saylı, 24 avqust 2017-ci il tarixli məhkəmə əmrinə əsasən iki uşağın saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 manat məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. . Bərdə rayon icra şöbəsinin icra məmuru Sahil Rzayev tərəfindən Şəxs Tahir oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs Tahir oğluna həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, 1445 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru Sahil Rzayev izahat verərək göstərdi ki, borclu Şəxs Tahir oğluna dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, aliment borcu yaranmışdır. Borclu aliment borcundan bir hissəsini ödəmişdir. Buna görə də borclu Şəxs Tahir oğlu barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 qızı Şəxs Tahir oğlundan yaranmış aliment borcunu tam olaraq ödəməsini tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tahir oğlu izahatında göstərdi ki, ikinci Qarabağ uğrunda gedən döyüşlərdə olduğumdan aliment borcu yaranmışdır. Hazırda aliment borcunun bir hissəsini ödəyəcək, qalan aliment borcunu isə hissə-hissə ödəməkdən imtina etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Tahir oğlunun ikinci Qarabağ uğrunda döyüşlərdə iştirak etməsi öz təsdiqini tapdığından və o qərəzli olaraq aliment borcunu ödəmədiyi sübuta yetirilmədiyindən onun əməlində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməlidir. Belə ki, Şəxs Tahir oğlunun borcu yaranmasına səbə ikinci Qarabağ müharibəsində iştirak etməsi olmuş və bu səbəbdən tələbkara aliment borcu yaranmış, onun aliment borcunu qərəzli olaraq ödəməməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Tahir oğlunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Tahir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1394/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1394/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver