Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1397/2022 01.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon мəhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Güloğlular kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Bərdə Rayon Polis Şöbəsindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X7 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayon Güloğıuıar kəndi ərzisində X3 məxsus bostandan 100 manat dəyərində qarpız oğurlamışdır. Barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X3 məxsus bostandan 1 ədəd qarpız götürmüşdür. Barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil Şəxs azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, Bərdə rayonu Güloğlular kəndi ərazisində özünə məxsus torpaq sahəsi vardır və o həmin ərzidə qarpız əkmişdir və həmin qarpızların oğurlanmaması və korlanmaması məqsədi ilə Bərdə rayonu Güloğlular kəndində yaşayan X5 ora nəzarətçi qoymuşdur. xx.xx.2022-ci il tarixdə Elxan ona zəng edərək qohumu İkram adlı şəxsin ona məxsus bostana daxil olaraq orada qarpız oğurladığını bildirmişdir. Bundan sonra o İkrama zəng edərək, sözlə öz iradını bildirsə də İkram onun sözlərinə əhəmiyyət verməmişdir. Həmin söhbətdən sonra İkram Elxanı onun qarpızlarını oğurlaması barədə məlumat verdiyi üçün döymüşdür və ona xəsarət yetirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş materiallar natamam olduğundan, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Bərdə rayon Güloğlular kəndi ərzisində X3 məxsus bostandan 100 manat dəyərində qarpız oğurlandığına görə Şəxs barəsində protokol tərtib olunsa da, məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bostanından oğurlanan qarpızın nə qədər olmasına dair ziddiyyətli ifadələr verdi. Məhkəmə tərəfindən ona oğurlanan qarpızın dəyərinin hansı əsasla 100 manat olmasını bildirməsini soruşduqda cavab verə bilməmişdir. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə bostandan 1 ədəd qarpız götürdüyünü bildirdi. Məhkəmə həmçinin qeyd edir ki, təhqiqatçı cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərarında Şəxs tərəfindən X3 məxsus bostandan oğurlanmış qarpızın 100 manat dəyərində olması qənaətinə hansı əsasla gəldiyini əsaslandırmamış, X1 bostanından 100 manat dəyərində qarpızın oğurlanmasına dair müraciətinə əsasən formal qərar qəbul etmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibаti prоtоkоl nаtаmаm оlduğundаn inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109-cu mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardan şikayət verilə bilməz. . Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1397/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1397/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver