Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1398/2023 20.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxslər X7, X6, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bərdə rayonu Məşədibişli kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan,Bərdə rayonu Məşədibişli kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı 08 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(021)-1790/2022 saylı icra sənədinə əsasən cəmi 2119 manat pulu zərərçəkmiş şəxslər X2 , X6 xeyrinə ödəməlidir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(021)- 1790/2022-ci il tarixli icra sənədinə əsasən avtomobilin təmir bərpa xərcinə görə 2079 (iki min yetmiş doqquz) manat pul, ekspert rəyinə görə 60 (altmış), və ödənişilmiş dövlət rüsumu 40.79 manat olmaqla cəmi 2179.49 ( iki min yüz yetmiş doqquz manat, qırx doqquz qəpik) pulu alınaraq zərərçəkmiş şəxslər X4 və X8 verilməli idi. Lakin Şəxs məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Dəfələrlə şöbəyə çağırılaraq izahatı alınmışdır, rəsmi xəbərdarlıqlar göndərilmişdir. Lakin bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmədən barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X7 izahatında göstərdi ki, Şəxs onlara olan cəmi 2179.49 ( iki min yüz yetmiş doqquz manat, qırx doqquz qəpik) borcdan heç bir ödəniş edilməmişdir. Borcunun ödənilməsini və qanunamüvafiq tədbir görülməsini xahiş etdi. X1 izahatında göstərdi ki, Şəxs onlara olan cəmi 2179.49 ( iki min yüz yetmiş doqquz manat, qırx doqquz qəpik) borcdan heç bir ödəniş edilməmişdir. Borcunun ödənilməsini və qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1790/2022 saylı, 14 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən avtomobilin təmir bərpa xərcinə görə 2079 (iki min yetmiş doqquz) manat pul, ekspert rəyinə görə 60 (altmış), və ödənişilmiş dövlət rüsumu 40.79 manat olmaqla cəmi 2179.49 pulu zərərçəkmiş şəxslər X4, X8 ödəməlidir. Lakin yaranmış borcu tam şəkildə ödəməyə imkanı olmamışdır. 1 ay öncə ailəsi avto qəza keçirdiyindən ona köməklik göstərilməsini, vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə daxil edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, MN ******* saylı 08 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(021)-1790/2022-ci il tarixli icra sənədinə əsasən avtomobilin təmir bərpa xərcinə görə 2079 (iki min yetmiş doqquz) manat pul, ekspert rəyinə görə 60 (altmış), və ödənişilmiş dövlət rüsumu 40.79 manat zərərçəkmiş şəxslər X2 və X6 xeyrinə ödəməmiş, icra məmurunun qanuni tələblərinə tabe olmamağı göstərilmiş olsa da, borclunun əmlak vəziyyəti müəyyən edilməmiş, tələbin yönəldilə biləcəyi əmlaklar aşkar edilməmişdir. Belə olan halda Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətaya düzgün qiymət verilməmiş, iş materiallarına bütün sənədlər tamlıqla əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon İcra və probasiya Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1398/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1398/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver