Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1399/2022 02.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Bərdə rayonu Qaradəmirçi kəndində doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 avqust 2022-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilərək üzərində çəkisi şəxsi istehlak miqdarından çox olmayan, xalis çəkisi 0,77 qram narkotik vasitə olan marixuana saxlanmışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis baş leytenantı X5 izahatında bildirdi ki, 24 avqust 2022-ci il tarixdə saat 17:45 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş Şəxs Bərdə rayonu Qaradəmirçi kəndində saxlanılaraq rayon Polis Şöbəsinin inzibati binasına gətirlmiş və üzərində şəxsi axtarış keçirilənkən üzərində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində olan kütlənin təmiz 0,77 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə təhqiqat bölməsində araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin ekspertizasının 25 avqust 2022-ci il tarixli 16/1016 saylı rəy alınaraq materiala əlavə olunmuşdur. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayır, fərdi əməklə məşğul olur. Qaradəmirçi kəndində yaşadığı ünvana gedərkən yolun kənarında 01 ədəd kibrit qutusunu tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ara-sıra narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. Əməlindən çox peşmandır. Məhkəmədən barəsində yüngül tənbehin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli HK-1-3524 saylı cinayət işinin rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində cinayət işi başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Bərdə rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin ekspertizasının 25 avqust 2022-ci il tarixli 16/1016 saylı rəyindən müəyyən olunur ki, 0,77 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin, barəsində inzibati icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 02 noyabr 2022-ci il tarixli MN ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını nəzərə almaqla ona inzibati cərimə tənbeh tədbirini tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs X3 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 360,362-365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1399/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1399/2022
02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver