Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-140/2021 02.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1981-ci ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və probasiya Şöbəsində (Bundan sonra Bərdə RİPŞ) 02 fevral 2021-ci il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o, Bərdə rayon Məhkəməsinin 2(021)-808/2019 saylı, 25.04.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzürlü səbəbdən icra etməmişdir və nəticədə 1115 manat ödənilməmiş aliment borcu yaranmışdır. Bununlada İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə RİPŞ-nin böyük icra məmuru X9 izahatında göstərdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)-808/2019 saylı, 25.04.2019-cu il tarixli icra sənədinə əsasən 12.08.2009-cu ildə anadan olmuş X4, 12.09.2011-ci ildə anadan olmuş X5 və 01.09.2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs 10.12.2018-ci ildən başlayaraq ayda hər uşağa 80 manat, cəmi 240 manat miqdarında aliment alınaraq X2 verilməlidir. Beləliklə borclu icra sənədini icra etməmiş və nəticədə onun ödənilməmiş 1115 manat aliment borcu yaranmışdır. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcu ödəməmiş, ödəməkdən yayınmışdır. Buna görə də o, İXM-in 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Bərdə rayon Məhkəməsinin 2(021)-808/2019 saylı, 25.04.2019cu il tarixli icra sənədinə əsasən birgə nikahdan anadan olmuş 3 övladının saxlanması üçün hər uşağa 80 manat olmaqla, cəmi 240 manat pulu X2 ödəməlidir. Pandemiya və müharibə ilə əlaqədar işləmədiyindən aliment borcu yaranmışdır. Yaranmış borcunu silmək üçün hər ay müəyyən edilmiş məbləğdən artıq ödənişlər edir. Hazırda da tələbkarın xeyirinə 500 manat ödəmişdir. O, icra sənədinin icrasından yayınmır. Borcu özündən asılı olmayan səbəblərdən yaranmışdır və həmin borcu tezliklə bağlayacaqdır. Nəzərə alınmasını və barəsində olan protokolun icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Məhkəməsinin 2(021)-808/2019 saylı, 25.04.2019-cu il tarixli icra sənədindən görünür ki, 12.08.2009-cu ildə anadan olmuş X4, 12.09.2011-ci ildə anadan olmuş X5 və 01.09.2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs 10.12.2018-ci ildən başlayaraq ayda hər uşağa 80 manat, cəmi 240 manat miqdarında aliment alınaraq X2 verilməlidir. Bərdə RİPŞ-nin icra məmurunun 03.05.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-808/2019 saylı, 25.04.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Bərdə RİPŞ-nin icra məmurunun 08.10.2019-cu və 05.11.2019-cu il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-808/2019 saylı, 25.04.2019-cu il tarixli icra sənədindən irəli gələn ötəlikləri, yani icra sənədi üzrə yaranmış borcunu könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilməsi, verilən müddət ərzində icranı könüllü icra etmədiyi halda icra tədbirləri məcburi qaydada həyata keçiriləcəyi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, əmlakının üzərinə həbsin qoyulması, tələbin gəlirinə yönələcəyi, məcburi qaydada məhkəməyə gətiriləcəyi, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. Bərdə RİPŞ-nin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş 02.02.2021-ci il tarixli, MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-808/2019 saylı, 25.04.2019-cu il tarixli icra sənədinə əsasən borclunun 1115 manat aliment borcu yaranmışdır. Məhkəmə hesab edir ki, belə olan halda Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Belə ki, məhkəmə iclasında aparılmış və inzibati işin materiallarına əlavə edilmiş sənədləri araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs yaranmış borcu pandemiya və müharibə ilə əlaqədar işləməməsi olmuşdur. Bundan başqa o, 02.02.2021-ci il tarixdə tələbkarın xeyirinə 500 manat pul ödəmişdir və bu barədə qəbzi məhkəməyə təqdim etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-808/2019 saylı, 25.04.2019cu il tarixli icra sənədinə əsasən hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat alimenti tələbkar X1 xeyrinə ödənilməsi müəyyən edilmiş, Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş həmin icra sənədi üzrə icraata başlanılmış, borclu icra sənədini icra etmədiyi üçün 1115 manat ödənilməmiş aliment borcu yaranmış, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş,bundan sonra o, həmin borcun 500 manatını ödəmişdir. Qalan borcu isə vaxtından əvvəl artıq ödəməl aparmaqla ödəyəcəyini bildirir. Belə olan halda məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması barədə icra məmurunun qənaəti ilə razılaşa bilmir. Belə ki, hal hazırda da dünya üzrə hökm sürən “COVİD-19” Pandemiyası səbəbindən yaranmış vəziyyət ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlər yaranmışdır ki, bu da Şəxs borcunu ödəməsində müəyyən çətinliklər yaratmışdır. Odur ki, Şəxs həmin dövrdə üzrlü səbəbdən Bərdə rayon Məhkəməsinin 2(021)-808/2019 saylı, 25.04.2019-cu il tarixli icra sənədini icra etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-140/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-140/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver