Məhkəmə qərarları › İş №3(021)-140/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-140/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-140/2024 19.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Azərbaycan Respublikası BDYPİ tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.2 və 332.3-cü maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında EQ 17601948 və EQ 17746803 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan X2 tərəfindən verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR BDYPİ tərəfindən barəsində tərtib edilmiş Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ\17601948 və EQ\17746803 nömrəli inzibati tənbeh vermə haqqında qərarların Azərbaycan Respublikası İXM-nin 332.2 və 332.3-cü maddələri üzrə inzibati tənbeh vermə hissəsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətinin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət şikayət verən “X1 geri qaytarılmalıdır. İş materiallarında olan AA3420455 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 – xx.xx.1989-cu ildə anadan olmuşdur. Belə ki, iş materiallarına EQ 17601948 və EQ 17746803 saylı inzibati tənbeh tətbiq edilmə haqqında qərarlar əlavə edilməmişdir. İş materiallarına yalnız inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə GP 19599837 və GP 19453079 saylı qərardadlar əlavə edilmişdir ki, bu da inzibati tənbeh tətbiq edilmə haqqında qərar deyil və ondan şikayət verilə bilməz. Bundan başqa həmin qərardadlarda barəsində mübahisə edilən EQ 17601948 və EQ 17746803 saylı sənədlərin inzibati tənbeh vermə haqqında qərar deyil, inzibati xəta haqqında protokol olduğu göstərilmişdir ki, məhkəmə bununla bağlı qeyd edir ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi qanunvericiklə nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsində yalnız fiziki, hüquqi və vəzifəli şəxslərin barələrində qəbul edilmiş inzibati tənbeh tətbiq edilmə haqqında qərarlardan şikayət vermə hüququnu təsbit etmişdir. Məhkəmə hesab edir ki, şikayət verən X2 barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarları şikayətə əlavə etdikdən sonra hazırki şikayətə baxıla bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə;

130. bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərarlar şikayətə əlavə edilmədiyindən, əlavə edilmiş sənədlər isə qərardadlar olduğundan və onlardan şikayət verilməsi nəzərdə tutulmadığından şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayət verən şəxsə geri qaytarılmalıdır. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə

QƏRАRА АLDİ:

Azərbaycan Respublikası BDYPİ tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.2 və 332.3-cü maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında qərarlardan X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayəti verən şəxsə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər.

Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar