Məhkəmə qərarları › İş №3(021)-1400/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1400/2022

25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1400/2022 25.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon мəhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X8 iştirakları ilə, xx.xx.1962-ci ildə Bərdə rayon Mustafaağalı kəndində anadan olmuş, Bərdə rayon Hacılar kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Bərdə Rayon Prokurorluğu tərəfindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialı araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Bərdə Rayon Prokurorluğundan “X18 Kompleksi” MMCnin X21 və emalı zavodu filialında sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf-mühitin mühfizəsi üzrə mühəndisi vəzifəsində işləyən Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar daxil olmuşdur. Məhkəmə iclasında Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X10 “X18 Kompleksi” MMC-nin X21 və emalı zavodu filialında sağlamlıq, əməyin təhlükəsizliyi, ətarfmühitin mühfizəsi üzrə mühəndisi vəzifəsində işləyən Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə tədbir görülmsəini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilmir, X2 xəsarət almasının ona heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X12 bildirdi ki, Şəxs heç bir təqsiri yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X19 bildirdi ki, “X18 Kompleksi” MMC-nin X21 və emalı zavodu filialında işləyir. Zərərçəkmiş şəxs X7 iş vaxtı traktor qoşqularının üzərində pambıq çidiylərinin ayaqlayarkən yıxılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə Rayon Prokurorluğu tərəfindən daxil olmuş, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Prokurorluğuna geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 14 iyun 2022-ci il tarixli, 10/3788 saylı rəyindən görünür ki, yer səthindən 3.5 metr hündürlükdə görülən işlər, iş meydançasında işin təhlükəsizliyini təmin edən tədbirlər görülmədən, eləcə də işçilər fərdi mühafizə vasitələri ilə təmin edilmədən aparıldığına görə, baş vermiş hadisə ilə əlaqədar, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1ci bəndinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. -"xxxx" MMC-də nəqledici qurğular üzrə operator vəzifəsində işləyən X4 traktor qoşqusunda pambıq çidiylərini ayaqlamaq işini tapşırdığına və həmin işin təhlükəsiz görülməsi üçün texniki tərkibli tədbirlərin görülməsini təmin etmədiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın tələbləri həmin işin görülməsinə göstəriş vermiş şəxs tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibbi eksperizasının xx.xx.2022-ci il tarixli, 314 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun belinin, sağ said nahiyəsinin keçmiş, əzilmiş yara izləri, sağ said sümüklərinin (mil və dirsək) yerdəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yıxılma nəticəsində törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına sağlamlığa az ağır zərər vurmaya aiddirlər. X2 bədəni üzərində aşkar edilmiş xəsarətləri özü-özünə yetirməsi inandırıcı deyildir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin elektron bildirişdən görünür ki, X7 “X18 Kompleksi” MMC-də xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: xx.xx.2022-ci il, işcinin vəzifəsinin adı: dalandar. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin X20 və Emalı Zavodunun filial direktoru Qurbanov Səyavuşun 01 iyun 2022-ci il tarixli, 03-3-AzP-202204 nömrəli sorğuya cavab məktubundan görünür ki, X7 hal-hazırda "xxxx" MMC-nin X21 və Emalı Zavodu filialında dalandar peşəsində işləyir. O, 15 sentyabr 2019-cu il tarixində X21 və Emalı Zavodu filialında fəhlə peşəsində işə qəbul olub, 13 oktyabr 2021-ci ildə digər peşǝyǝ (transportyorçu), 27 dekabr 2021-ci ildə nəqledici qurğular üzrə operator, 25 aprel 2022-ci ildə dalandar peşəsinə əmr verilmişdir. İşlədiyi müddətdə əmək məzuniyyəti çıxmamış və xəstəlik vərəqi ilə bağlı ödəniş olmamışdır. Hər bir işçiyə vəzifəsinə uyğun təlimatlar keçirildiyi kimi X4 da müvafiq təlimatlar keçirilmişdir. İş materiallarına əlavə edilmiş 0150/21 saylı 13 oktyabr 2021-ci il tarixli müddətli əmək müqaviləsi surətindən müəyyən olunur ki, "xxxx" MMC direktoru X3 rayonu Mehdili kənd sakini X5 13 oktyabr 2021-ci il tarixden 13 noyabr 2021-ci il tarixədək "xxxx" MMC X21 və emalı zavoduna transportyorçu vəzifəsinə işə qəbul edilməsi barədə müqavilə bağlamışdır. İş materiallarında olan 0376/22 saylı 25 aprel 2022-ci il tarixli müddətli əmək müqaviləsi surətindən müəyyən olunur ki, "xxxx" MMC X21 və emalı zavodunun filial direktoru X1 rayonu Mehdili kənd sakini X5 1 ay müddətinə "xxxx" MMC X21 və emalı zavoduna dalandar peşəsinə işə qəbul edilməsi barədə müqavilə bağlamışdır. Göründüyü kimi Bərdə Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materiallar natamamdır. Belə ki, iş materiallarından X2 hadisə baş verən vaxtı, yəni 19 fevral 2022-ci il tarixdə "xxxx" MMC X21 və emalı zavodunda işləməsi və ya işləmişdirsə hansı vəzifədə işləməsi müəyyən olunmur. Məhkəmə həmçinin qeyd edir ki, iş yenidən araşdırılarkən X2 əmək kitabçası tələb edilməli, hadisənin baş verdiyi tarixə onun əmək müqaviləsi üzrə vəzifəsi müəyyən edilməlidir. Hadisənin baş verdiyi tarixə İXM-nin 198.3-cü maddəsinə münasibətdə məsul olan şəxin kim olmasına yenidən qiymət verilməlidir. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə olan inzibаti prоtоkоl nаtаmаm оlduğundаn inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Bərdə Rayon Prokurorluğuna qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109-cu mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Prokurorluğuna qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar