Məhkəmə qərarları › İş №3(021)-1401/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1401/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1401/2022 21.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Baba.ov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1985-ci il tarixdə, Bərdə rayonu Həsənqaya kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Həsənqaya kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP 498829 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndində idarə etdiyi “VAZ 21010” markalı, ** XK *** dövlət nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, “VAZ-21010” minik markalı, ** XK *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə hərəkətdə olan zaman arvadı Lamiyyə də maşında olmuşdur. Hərəkətdə olan zaman həmkəndlisi İlqarın idarə etdiyi VAZ 21074 markalı avtomobili yolun kənarında saxlamış, yəni dayanmış vəziyyətdə idi və o İlqarın idarə etdiyi avtomobilin yanına çatan zaman İlqar qəfildən yolun hərəkət hissəsinə çıxmaqla yolun rota hissəsində dönmə əməliyyatı keçrdiyi üçün o avtomobili sol tərəfə çəkərək asfalt yoldan çıxmış və avtomobil yol kənarında olan dəmir dirəyə dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Arvadı Lamiyə burun nahiyəsindən yüngül xəsarət almışdır. Avtomobil anası X1 məxsus olmuşdur. Sürücülük vəsiqəsi olsa da lakin avtomobili idarə etmək üçün etibarnaməsi olmamış, hadisə zamanı anası maşında olmamışdır. Həmin yolda maksimum sürət həddi 60 km/saat-dır, hadisə zamanı avtomobili maksimum 30-40 km/saat sürətlə idarə etmişdir. Hadisə baş verən günü spirtli içki qəbul etməmişdir. Avtomobil saz vəziyyətdə olmuşdur. Nəzərə alınmasını məhkəmə xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərtib etmiş şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, Şəxs onun keçmiş əridir. Hadisə baş verən günü avtomobildə olmuşdur. Avtomobillə hərəkətdə olan zaman qəflətən başqa avtomobil Rahibin idarə etdiyi avtomobilin qarşısına çıxmış, həmin avtomobili vurmamaq üçün Rahib avtomobili sola çəkmiş, bu zaman dirəyə çırpmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kaptanı X5 cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 sentyabr 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati icraat açılması və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin BDYPB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta törətməkdə təqsirli olan Şəxs idarə etdiyi “VAZ-21010” minik markalı, ** XK *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə hərəkətdə olan zaman həmkəndlisi X3 idarə etdiyi VAZ 21074 markalı avtomobili yolun kənarında dayanmış vəziyyətdə saxlamış, lakin Şəxs avtomobili onun avtomobilinin yanına çatdıqda İlqar Qasımov yol hərəkəti haqqında qanunun tələblərini pozmaqla ətrafda avtomobillərin olmamasını gözləmədən və təhlükəsiz manevr etmə qaydalarına riayət etmədən qəfil yolun hərəkət hissəsinə çıxaraq sola dönməklə Şəxs qarşısına çıxmış, Şəxs isə son zərurət vəziyyətində qəzadan xilas olmaq üçün avtmobili sola çəkməklə yoldan çıxaraq işıq dirəyinə dəymişdir. Beləliklə, hazırki iş üzrə Şəxs son zərurət vəziyyətində hərəkət etməklə qanunla qorunan obyektlərə zərər vurmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədən anda son zərurət vəziyyətində hərəkət etmişdir və bu zaman vurulmuş zərər qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olmamaqla onun tərəfindən son zərurət həddinin aşılmasına yol verilməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göründüyü kimi Şəxs daha ağır qəzanın baş verməməsi üçün son zərurət vəziyyətində hərəkət etmişdir. Odur ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin327.8, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar