Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1401/2023 09.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Bərdə rayon prokurorluğunun böyük köməkçisi X2, Barəsində inzibati icraat aparılan "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin nümayəndəsi X4 iştirakları ilə, "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.2 və 447.0.3-cü maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon prokurorluğun daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 05 iyun 2023-cü il tarixdə Bərdə rayon Polis şöbəsindən Bərdə şəhəri, H. Əliyev prospekti 124A ünvanında yerləşən ANC Group “X17 1” filialının gecə növbəsinin işçiləri X5 və X3 01 iyun 2023-cü il tarixdə saat 04:35 radələrində işdə olan zaman dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına phş-nə müraciət etmələri barədə məlumat daxil olmuşdur. Həmin məlumat araşdırılıb hüquqi qiymət verilməsindən ötrü, “Prokurorluğa daxil olmuş cinayətlər haqqında məlumatların qeydiyyatı" kitabında 95c-23-cü sırada qeydə alınaraq icrası Bərdə rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajoru Nərgiz Hüseynliyə həvalə edilmişdir. Araşdırma zamanı 95c-23 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığına görə 01 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 07 iyul 2023-cü il tarixdə sorğuya cavab olaraq Azərbaycan Respublikası Qida X1 Regional Bölməsindən daxil olmuş 07 iyul 2023-cü il tarixli məktub və plandankənar yoxlamaya dair sənədlərə əsasən, Agentliyin Bərdə regional bölməsi tərəfindən yoxlamanın aparılması haqqında QRB-848 nömrəli 04 iyul 2023-cü il tarixli Qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış KY ********* nömrəli 04 iyul 2023-cü il tarixli çıxarış əsasında 05 iyul 2023-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospekti 124A ünvanında yerləşən "xxxx" MMC-nin "X17 1" filialında plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Sahibkarın obyekt(lər)inə baxışın keçirilməsi haqqında QRB-848 nömrəli 04 iyul 2023-cü il tarixli protokola və yoxlama aktına əsasən, marketin soyuducu kamerasında qida məhsullarının saxlanma şəraitinə riayət olunmadığı, soyuducu kamerada mal qonşuluğu prinsipini pozaraq ət məhsulları ilə birgə süd məhsullarının saxlanıldığı, həmçinin qeyd edilən soyuducu kamerada və anbar sahəsində istehlaka yararlı olan qida məhsulları ilə birgə insan istehlakı üçün yararlılıq müddətini başa vurmuş məhsulların saxlanıldığı ( 2 ədəd 82 qram olan "Nestle" əmtəə nişanlı şokolad istehsal tarixi 08 iyun 2022- son istifadə tarixi 03 iyun 2023-cü il; 1 ədəd 230 qram olan "Koroc Stolu” əmtəə nişanlı mayonez istehsal tarixi 28 fevral 2023cü il- son istifadə tarixi 28 iyun 2023-cü il; 1 ədəd 90 qram olan "Dr Korker” əmtəə nişanlı xırçıldayan çörək istehsal tarixi 13 iyun 2022-ci il -son istifadə tarixi 13 iyun 2023-cü il; 1 ədəd 150 olan "Alpen Gold" əmtəə nişanlı südlü şokolad istehsal tarixi 02 oktybar 2022-ci il-son istifadə tarixi 04 iyul 2023-cü il ), marketdə bəzi qida məhsullarının "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq etiketlənmədiyi, idxal olunan qida məhsullarının üzərindəki etiketlərin və adların, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olmasına baxmayaraq, onların Azərbaycan dilinə tərcüməsinin təmin edilmədiyi, marketdə satışa təqdim edilən çörək-bulka məmulatlarının götürülməsi məqsədi ilə köməkçi yerləşdirilmədiyi, marketdə çalışan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində ilkin və dövri olaraq tibbi müayinədən keçmələrini təsdiq edən sənədlərə malik olmadığı, çalışan işçilərin gigiyenik təlimlərə cəlb olunmadığı, marketin anbar sahəsində suni havalandırmanın təmin edilməsi məqsədi ilə öz-özünə (avtonom), mexaniki havalandırma sistemlərinin təchiz edilmədiyi, marketin anbar sahəsinin döşəmə və divar səthlərinin asan təmizlənən və müntəzəm olaraq dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən, özünə su çəkməyən, su keçirməyən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan materiallarla üzlənmədiyi, anbarın tavanının tozun, çirkin toplanması, kondensantın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerinə düşməsinin qarşısını alacaq formada qurulmadığı müşahidə edilmişdir. Bununla da supermarketdə “Qida Təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanununun 16; 17.2.2; 17.4; 17.5; 22.1; 18-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 03 aprel tarixli 94 savlı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları''nın 4.5; 4.6; 4.7; 4.8; 2 nömrəli əlavənin 7.1; 7.7; 7.12; 7.16; 3.14;-cü bəndlərinin, Agentliyin Kollegiyasının 19 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın 2 nömrəli əlavəsinin 1.6; 1.8; 2.0.1; 2.0.2; 10.1; 10.2; 14.3-cü bəndlərinin tələblərini pozmuşdur. Məhkəmədən "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinə qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin nümayəndəsi X9 verdiyi izahatında göstərdi ki, Bərdə rayon Prokurorluğu tərəfindən "xxxx" MMC barəsində Bərdə rayon məhkəməsinə inzibati işin başlanılması barədə məktub göndərilmişdir. Həmin məktubda "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsinin 220.2. 447.0.2 və 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta barədə işə baxılması xahiş edilmişdir. Tərtib olunmuş protokolu düzgün hesab etmir, onun qismən ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməsini zəruri hesab etmişdir. Belə ki, prokurorluq tərəfindən "xxxx" MMC-nin əməkdaşına protokolun bir nüsxəsi təqdim edilməmişdir. Protokolda AQTA Qarabağ regional idarəsi tərəfindən ANC Group" MMC-yə məxsus olan və Bərdə şəhəri, Heydər Əliyev prospekti 124A ünvanında yerləşən “Rahat” marketdə aparılan yoxlamalara əsasən qeydlər edilmişdir. Yoxlama nəticəsində ANC Group" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə nəzərdə tutulmuş pozuntuların edilməsi ilə bağlı narazı olmadıqlarını bildirmişlər. Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsinin 447.0.2 və 447.0.3 maddələrinin tərkib əlamətlərinin olması ilə bağlı hissədə razı olmadıqlarını bildirmişdir. Belə ki, yoxlama vaxtı “Rahat” marketdə saxlama müddəti ötmüş malların və standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satılması aşkar edilməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən həmin maddə üzrə icraata xitam verilməlidir. Belə ki, Bərdə şəhəri, H. Əliyev prospekti 124A ünvanında yerləşən ANC Group “X17 1” filialının gecə növbəsinin işçiləri X10 və X6 01 iyun 2023-cü il tarixdə işdə olan zaman gecə hava yağışlı və küləkli olduğundan, işıq da uzun müddətli keçdiyindən, qaranlıqda generatorun oğurlana bilməsi ehtimalını da nəzərə alıb generatoru depoda işlətmişlər, deponun da qapısını oğurluq olmasın deyə bağlamışlar. Onlara generatoru depoda işlətmələrini heç kəs tapşırmamış, onlar özü, heç kəsə məlumat vermədn öz iradələri generatoru depoya qoyub işlətmişlər. Təxmini gecə saat 03:10 radələrində marketin zal hissəsində Rəsul Təhmurazovla dayanan Tural Qəribov aşağı depo olan hissəyə düşmüş, depoya düşdükdə ətrafın generatorun tüstüsü olduğunu görmüş. O, deponu sanitar qovşağa gedib qayıtmaq istədikdə ayağında və başında uyuşma hiss etmiş, çölə havaya qaçmaq istədikdə huşunu itirib yıxılmışdır, ayıldıqda xəstəxanada olduğunu görmüşdür. X15 aşağı enib huşunu itirmiş vəziyyətdə görüb təcili yardıma zəng etmişdir. Daha sonra Rəsul Təhmurazov da özünü narahat hiss etdiyindən onu da Rüstəm Hüseynov təcili yardım çağıraraq Bərdə RMX-ya göndərmişdir. Mağaza müdiri Rüstəm Hüseynov da onların dediyini təsdiq etmiş və market təzə açıldığı üçün generatorun işləməsi üçün xüsusi yerin hazır olmadığını, amma generatorun hər dəfə çöldə işlədiyini, həmin günü Tural və Rəsulun heç kimə xəbər vermədən öz iradələri ilə generatoru depoya qoyub işlətdiklərini, hadisədən sonra marketə gələn zaman generatorun depoda işlədildiyini gördüyünü bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin 08 iyun 2023-cü il tarixli 400 və 403 nömrəli rəylərinə əsasən, X3 və X5 məhkəmə-tibbi müayinəsi zamanı onların bədəni üzərində hər hansı xəsarət aşkar edilməmiş, onlara Bərdə RMX phş-də təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə və müşahidə zamanı ilkin olaraq “dəm qazından zəhərlənmə” diaqnozu qoyulmuşdur. Lakin dəm qazından zəhərlənmənin simptomları kliniki müayində dəqiq müəyyən edilmədiyindən X3 və X5 dəm qazından zəhərlənib-zəhərlənməməsi barədə dəqiq fikir söyləməyin mümkün olmadığı müəyyən olunmuşdur. Odur ki, X7 xəsarət alması hadisəsində cinayət tərkibinin əlamətləri olmadığından Bərdə rayon prokurorluğunun böyük köməkçisi X8 tərəfindən Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyul 2023-cü il tarixli qərar qəbul edilmişdir. Lakin araşdırma zamanı "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.2, 447.0.3-cü maddələri tərkib əlamətlərinin mövcud olduğu müəyyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, sahibkarın obyekt(lər)inə baxışın keçirilməsi haqqında QRB-848 nömrəli 04 iyul 2023-cü il tarixli protokola və yoxlama aktına əsasən, marketin soyuducu kamerasında qida məhsullarının saxlanma şəraitinə riayət olunmadığı, soyuducu kamerada mal qonşuluğu prinsipini pozaraq ət məhsulları ilə birgə süd məhsullarının saxlanıldığı, həmçinin qeyd edilən soyuducu kamerada və anbar sahəsində istehlaka yararlı olan qida məhsulları ilə birgə insan istehlakı üçün yararlılıq müddətini başa vurmuş məhsulların saxlanıldığı ( 2 ədəd 82 qram olan "Nestle" əmtəə nişanlı şokolad istehsal tarixi 08 iyun 2022- son istifadə tarixi 03 iyun 2023-cü il; 1 ədəd 230 qram olan "Koroc Stolu” əmtəə nişanlı mayonez istehsal tarixi 28 fevral 2023-cü il son istifadə tarixi 28 iyun 2023-cü il; 1 ədəd 90 qram olan "Dr Korker” əmtəə nişanlı xırçıldayan çörək istehsal tarixi 13 iyun 2022-ci il -son istifadə tarixi 13 iyun 2023-cü il; 1 ədəd 150 olan "Alpen Gold" əmtəə nişanlı südlü şokolad istehsal tarixi 02 oktybar 2022-ci il-son istifadə tarixi 04 iyul 2023-cü il ), marketdə bəzi qida məhsullarının "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq etiketlənmədiyi, idxal olunan qida məhsullarının üzərindəki etiketlərin və adların, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olmasına baxmayaraq, onların Azərbaycan dilinə tərcüməsinin təmin edilmədiyi, marketdə satışa təqdim edilən çörək-bulka məmulatlarının götürülməsi məqsədi ilə köməkçi yerləşdirilmədiyi, marketdə çalışan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində ilkin və dövri olaraq tibbi müayinədən keçmələrini təsdiq edən sənədlərə malik olmadığı, çalışan işçilərin gigiyenik təlimlərə cəlb olunmadığı, marketin anbar sahəsində suni havalandırmanın təmin edilməsi məqsədi ilə öz-özünə (avtonom), mexaniki havalandırma sistemlərinin təchiz edilmədiyi, marketin anbar sahəsinin döşəmə və divar səthlərinin asan təmizlənən və müntəzəm olaraq dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən, özünə su çəkməyən, su keçirməyən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan materiallarla üzlənmədiyi, anbarın tavanının tozun, çirkin toplanması, kondensantın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerinə düşməsinin qarşısını alacaq formada qurulmadığı müşahidə edilmişdir. Bununla da supermarketdə “Qida Təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanununun 16; 17.2.2; 17.4; 17.5; 22.1; 18-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 03 aprel tarixli 94 savlı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları''nın 4.5; 4.6; 4.7; 4.8; 2 nömrəli əlavənin 7.1; 7.7; 7.12; 7.16; 3.14;-cü bəndlərinin, Agentliyin Kollegiyasının 19 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın 2 nömrəli əlavəsinin 1.6; 1.8; 2.0.1; 2.0.2; 10.1; 10.2; 14.3-cü bəndlərinin tələblərini pozmuşdur. Bununla da, O Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından cinayət işininin başlanması rədd edilərək barəsində 07 sentyabr 2023-cü il tarixə Bərdə rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.2, 447.0.3cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izаhаtlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək, inzibati xəta haqqında materialı, eləcə də təqdim edilmiş video diski nəzərdən keçirərək hesab edir ki, "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetirilmişdir. Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin təqsiri sübuta yetirilmədiyindən həmin hissədə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Bərdə şəhəri, H.Əliyev prospekti 124A ünvanında yerləşən "xxxx" MMC-nin "X17 1" filialında plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Sahibkarın obyekt(lər)inə baxışın keçirilməsi haqqında QRB-848 nömrəli 04 iyul 2023-cü il tarixli protokola və yoxlama aktına əsasən, marketin soyuducu kamerasında qida məhsullarının saxlanma şəraitinə riayət olunmadığı, soyuducu kamerada mal qonşuluğu prinsipini pozaraq ət məhsulları ilə birgə süd məhsullarının saxlanıldığı, həmçinin qeyd edilən soyuducu kamerada və anbar sahəsində istehlaka yararlı olan qida məhsulları ilə birgə insan istehlakı üçün yararlılıq müddətini başa vurmuş məhsulların saxlanıldığı ( 2 ədəd 82 qram olan "Nestle" əmtəə nişanlı şokolad istehsal tarixi 08 iyun 2022- son istifadə tarixi 03 iyun 2023-cü il; 1 ədəd 230 qram olan "Koroc Stolu” əmtəə nişanlı mayonez istehsal tarixi 28 fevral 2023-cü il son istifadə tarixi 28 iyun 2023-cü il; 1 ədəd 90 qram olan "Dr Korker” əmtəə nişanlı xırçıldayan çörək istehsal tarixi 13 iyun 2022-ci il -son istifadə tarixi 13 iyun 2023-cü il; 1 ədəd 150 olan "Alpen Gold" əmtəə nişanlı südlü şokolad istehsal tarixi 02 oktybar 2022-ci il-son istifadə tarixi 04 iyul 2023-cü il ), marketdə bəzi qida məhsullarının "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq etiketlənmədiyi, idxal olunan qida məhsullarının üzərindəki etiketlərin və adların, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olmasına baxmayaraq, onların Azərbaycan dilinə tərcüməsinin təmin edilmədiyi, marketdə satışa təqdim edilən çörək-bulka məmulatlarının götürülməsi məqsədi ilə köməkçi yerləşdirilmədiyi, marketdə çalışan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində ilkin və dövri olaraq tibbi müayinədən keçmələrini təsdiq edən sənədlərə malik olmadığı, çalışan işçilərin gigiyenik təlimlərə cəlb olunmadığı, marketin anbar sahəsində suni havalandırmanın təmin edilməsi məqsədi ilə özözünə (avtonom), mexaniki havalandırma sistemlərinin təchiz edilmədiyi, marketin anbar sahəsinin döşəmə və divar səthlərinin asan təmizlənən və müntəzəm olaraq dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən, özünə su çəkməyən, su keçirməyən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan materiallarla üzlənmədiyi, anbarın tavanının tozun, çirkin toplanması, kondensantın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerinə düşməsinin qarşısını alacaq formada qurulmamışdır ki, bu da öz növbəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə dəlalət edir. Lakin istehlakçıların hüquqlarının pozulmasına, yəni saxlama müddəti ötmüş məhsulların satılması faktına rast gəlinməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinə məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə inzibati tənbeh təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri ilə təqsirli bilinərək bаrəsində cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinin tərkib əlaməti olmadığından həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə barəsində bаrəsində 4000 (dörd min) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinin tərkib əlaməti olmadığından həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1401/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1401/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver