Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1402/2023 11.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə rayon Böyük Göyüşlü kəndində anadan olmuş, Bərdə rayon Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra X15 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 11 sentyabr 2023cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 izahat verərək göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)- 1462/2017 saylı icra sənədinə əsasən üç uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment Şəxs Xəqani oğlundan alınaraq X10 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Hazırda 13360 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, alimentin hesablaması düzgün aparılmamışdır. Belə ki, köhnə qətnamə üzrə hesablanmışdır. Bundan sonra məhkəmədə iddia qaldırmış və ona da alimentin tutulması hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-1462/2017 saylı icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. Hazırda 13360 manat aliment borcu yaranmışdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-1462/2017 saylı icra sənədindən görünür ki, Bərdə rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(021)-7295/2016 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat alimentin Şəxs Xəqani oğlundan alınaraq X10 verilməsi qət olunmuş, Şəxs Xəqani oğlunun apelyyasiya şikayəti qismən tərmin olunmuş və həmin qətnamə dəyişdirilərək, xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində alimentin Şəxs Xəqani oğlundan alınaraq X10 verilməsi qət olunmuşdur. İşdə olan Bərdə Rayon Məhkəməsinin 2(021)2673/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(104)-1462/2017 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində alimentin Şəxs Xəqani oğlundan alınaraq X10 verilməsi dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 90 manat olmaqla və Bərdə rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(021)-422/2018 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs Xəqani oğlundan hər ay 80 manat alimentin Şəxs Xəqani oğlundan alınaraq X10 verilməsi dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs Xəqani oğlundan hər ay 90 manat olmaqla, cəmi hər ay üç uşağa münasibətdə 270 manat məbləğində alimentin X9 xeyrinə tutulması, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X4 2016-cı ilin may ayından iddiaçı Şəxs Xəqani oğlunun himayəsində olması faktı müəyyən edilməsi qət olunmuşdur. İşdə olan Bərdə Rayon Məhkəməsinin 2(021)2071/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 17 aprel 2023-cü il tarixdən başlayaraq cavabdeh X5 hər ay bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində aliment iddiaçı Şəxs Xəqani oğlunun xeyrinə tutulması qət olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra işi düzgün araşdırılmadan Şəxs Xəqani oğlu barəsində protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra X15 daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra X15 daxil olmuş inzibati xəta haqqında material Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1402/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1402/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver