Məhkəmə qərarları › İş №3(021)-1403/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1403/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1403/2021 19.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidməti baş inspektor X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu Cəvahirli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 511.1-ci maddələri ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 19.11.2021-ci il tarxdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06.11.2021-ci il tarixdə saat 17:20-də VAZ 21074 minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 511.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Bərdə rayon Yol Patrul Xidməti baş inspektor X3 izahatında göstərdi ki, Şəxs 06.11.2021-ci il tarixdə saat 17:20-də VAZ 21074 minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 511.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də inzibati xəta törətmiş şəxs barədə qanuni qərar qəbul olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verib bildirdi ki, həmin gün dostunun toyu olduğuna görə toy karvanında hərəkət edərkən inzibati xəta törətmişdir. Əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş TYP 120018 saylı 23 oktyabr 2017-ci il tarixli inzibati xəta haqqında protokolla, özünün izahatı, video görüntü və digər iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində. yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə. İşdə olan raportdan görünür ki, 06.11.2021-ci il tarixdə xidmətdə olduğu zaman Bərdə şəhər Bakı küçəsi Bizim marketin qarşısında yerləşən təhlükəsizlik şəhər kamerasına müşahidə zamanı saat 17:17 radələrində VAZ -2107 markalı **-BG-*** və VAZ 2107 markalı **-BU-*** və VAZ 2106 markalı və 03-BB -796 dövlət qeydiyyat nömrə nişanlİ avtomaşinlar toy karvaninda yolun əks istiqamətinə çixaraq ziq-zaqvari hərəkətlər qarşıdan nəqliyyat vasitələrinin hərəkətinə real təhlükə yaradaraq kobud surətdə qayda pozuntusu etmişdirlər. İşdə olan raportdan görünür ki, 06.11.2021-ci il tarixdə saat 17:20 radələrində şəhər təhlükəsizlik xidmətinin məlumatına əsasən radisostansiya vasitəsilə VAZ 2107 markalı 02BU 523 dövlət qeydiyyat nömrəli avtomaşının avtoxuliqanlıq etməsi barədə məlumat verilmiş, həmin avtomobil Bərdə şəhəri Bakı küçəsində saxlanılmışdır. İşdə olan avtonəqliyyat vasitəsinin saxlanca q əbulu barədə aktdan görünür ki, VAZ -2107 markalı **-BG-*** və VAZ 2107 markalı **-BU-*** və VAZ 2106 markalı nəqliyyat vasitəsi saxlanılmaqla duracağa gətirilmişdir İşə əlavə edilmiş vidio götüntüdən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs nəqliyyat vasitəsini yolun səthindən qaldırmaqla idarə etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 511.1.2-ci maddələri ilə təqsirli olması sübuta yetrilir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğdə cərimə tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs İXM-in 327.2 və 511.1.2-ci maddəsi ilə təqsirli bilinərək, İXM-in 511.1.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğdə inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə və DİN-nin 7 saylı RQİŞ-yə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar