Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1404/2021 19.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi X3 oğlu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1998-ci ildə, Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bərdə şəhəri, Bakı küçəsi 26-da qeydiyyatda olan və yaşayan Şəxs (AZE ********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.7 və 511.1.2-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs 06 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində özünə məxsus «VAZ-21074» minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili ilə dostunun toy şənliyində iştirak edən zaman avtomobilin dövlət nömrəsini çıxararaq Bərdə şəhəri, Bakı küçəsində gəlin gətirmədə öz avtomobili ilə bəy-gəlin avtomobilinin sağ, soğ, ön və arxa hissəsinə keçərək manevlər edən zaman yol hərəkəti qaydalarını kobud qaydada pozmuşdur.Ona görə də onun barəsində İXM-in 342.7 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində 19.11.2021-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən Bərdə Rayon Polis Şöbəsinin, X4, Yol Patrul Xidmətinin baş inspektoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, 06.11.2021-ci il tarixdə saat 17:00 radələrində Bərdə şəhər sakini Şəxs özünə məxsus «VAZ-21074» minik markalı, **- BG-*** dövlət nömrə nişanlı avtomobillə dostunun toy məclisində iştirak etmək məqsədi ilə avtomobilin dövlət nömrəsini çıxararaq şəhərin Bakı küçəsində hərəkətdə olan toy karvanında bəy-gəlin avtomobilinin sağ, soğ, ön və arxa hissəsinə keçərək manevlər edən zaman yol hərəkəti qaydalarını, qoşa xəttin tələbini kobud qaydada pozaraq qarşıdan əks idtiqamətdə hərəkətdə olan avtomobilin hərəkət zolağına çıxmışdır. Şəxs bu hərəkətlərini Bakı küçəsində yerləşən “Bərəkət” şadlıq sarayına qədər etmişdir. Şəxs hərəkətləri DİNnin növbətçi hissələrin idarəetmə xidmətinin, Təhlükəsisz Şəhər Xidmətinin videomüşahidə qurğusu tərəfindən qeydə alınmışdır. Həmin tarixdə Şəxs idarə etdiyi avtomobilin üzərində dövlət nömrə nişanı olmadığı üçün yol-polisi əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilmişdir.Odur ki, tərəfindən Şəxs barəsində 19.11.2021-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə gətirmişdir. Qanuni tənbehin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 06.11.2021-ci il tarixdə dostu Nurlanın toy məclisi idi. Həmin toya o da dostu kimi dəvət olunmuşdur. Özünə məxsus «VAZ-21074» minik markalı, **-BG-*** dövlət nömrə nişanını çıxararaq gəlin gətirmədə avtomobil karvanına qoşulmuş, şəhəri Bakı küçəsində bəy-gəlin avtomobilinin sağ, soğ, ön və arxa hissəsinə keçərək manevlər etmişdir. Həmin vaxt qarşısına başqa avtomobil çıxdığı üçün məcbur olub qoşa xəttə çıxaraq əks istiqamət zolağına çıxmışdır. Əməlindən peşimandır. Bir daha belə hallara yol verməyəcəkdir. Nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 342.7 və 511.1.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati xəta haqqında 06.11.2021-ci il tarixli, İXP ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs 06.11.2021-ci il tarixdə, avtomobilə məxsus **-BG-*** dövlət nömrə nişanını çıxararaq avtoxuliqanlıq hərəkətləri etmişdir. 06.11.2021-ci il tarixli Bərdə RPŞ-nin rəhbərliyinə yazılmış raportdan görünür ki, 06.11.2021-ci il tarixdə saat 17:20 radələrində təhlükəsizlik xidmətinin məlumatına əsasən «VAZ-21074» minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil, dövlət nömrə nişanı olmadığı üçün DYPB-nin YPX-nin inspektoru tərəfindən saxlanılaraq duracağa yerləşdirilmişdir. Şəxs Bərdə RPŞ-də verdiyi izahatdan görünür ki, 06.11.2021-ci il tarixdə dostunun toy məclisində iştirak edən zaman özünə məxsus «VAZ-21074» minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil ilə toy karvanında iştirak etmiş, bəy-gəlin avtomobilinin sağ, soğ, ön və arxa hissəsinə keçərək manevlər etmişdir. Hamçinin Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həmin vaxt hərəkətdə olan zaman qarşısına başqa avtomobil çıxdığı üçün məcbur olub qoşa xətti kəsərək əks istiqamət zolağına çıxmışdır. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 09.11.2021-ci il tarixli aktdan görünür ki, «VAZ-21074» minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil öz hərəkəti ilə duracağa yerləşdirilmişdir. AE 222427 nömrəli, Az. Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən 10.11.2016-cı il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs “B” və “C” kateqoriyalı avtomobilləri idarə etmək hüququna malikdir. Az. Res. DİN-nin X1 Xidmətinin Bərdə Rayon Polis Şöbəsinə göndərdiyi 12.11.2021-ci il tarixli, 003-16057-1221 nömrəli məktubdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin BTŞ 006 nömrəli videomüşahidə qurğusunun 1-ci kamerasının 6.11.2021-ci il tarixli saat 17:17dən 17:18-dək olan müddətdəki videogörüntü, 1 ədəd “DVD” Bərdə Rayon Polis Şöbəsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 342.7-ci maddəsi əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə-altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 511.1.2-ci maddəsi əsasənmexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə- nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 06.11.2021-ci il tarixdə saat 17:00 radələrində özünə məxsus «VAZ-21074» minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili ilə Bərdə şəhəri, Bakı küçəsində özünə məxsus avtomobilin dövlət nömrə nişanını çıxararaq xuliqanlıq hərəkətləri etmişdir.Ona görə də onun barəsində İXM-in 342.7 və 511.1.2-ci maddələri ilə 19.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 342.7 və 511.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir.Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 342.7 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin. Şəxs İXM-in 511.1.2-ci mаddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə Rayon Polis Şöbəsinə və Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1404/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1404/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver